Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz OLDU

Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz OLDUİcbari tibbi sığorta çərçivəsində plastik və rekonstruktiv cərrahiyyə əməliyyatlarının siyahısının açıqlanması bu sahədə hansı xidmətlərin qarşılandığı ilə bağlı suallar doğurur. Ümumiyyətlə, bu əməliyyatların əsasən tibbi zərurət olan halları əhatə etdiyi bildirilsə də, bəzi hallarda estetik müdaxilələrin də siyahıya daxil edilib-edilmədiyi müzakirə olunur.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Rasif Bağırov yalnız tibbi zərurət olan hallarda bu əməliyyatlar həyata keçiriləcəyini bildirib.

"Lakin sırf xəstənin istəyi ilə, məsələn, "mən bunu belə istəyirəm, mənim üçün plastik əməliyyat edin" kimi yanaşmaların sığorta çərçivəsində qarşılanması gözlənilmir. Məsələn, burun əməliyyatını götürək: əgər burun çəpərində əyrilik varsa və xəstə normal nəfəs ala bilmirsə, bu zaman həmin əyriliyin aradan qaldırılması tibbi zərurət sayılır. Belə hallarda, eyni zamanda müəyyən estetik korrektələr də edilə bilər. Yəni əsas məqsəd tibbi problemin həlli olur, əlavə olaraq isə müəyyən düzəlişlər aparıla bilər".

Ekspert bildirib ki, tam sağlam, normal nəfəs alan bir şəxs yalnız estetik məqsədlə əməliyyat istədikdə, bunun sığorta hesabına qarşılanması real görünmür.

"Çünki ümumiyyətlə, cərrahi müdaxilələr xəstənin sadəcə istəyi ilə deyil, tibbi göstəriş əsasında aparılmalıdır. Digər tərəfdən, dövlətin də sırf şəxsi istəklərə əsaslanan bu cür əməliyyatlar üçün şərait yaratması mümkün deyil".

Yəni, dövlət tərəfindən təmin olunan bu xidmətlər şəxsi arzulara deyil, konkret tibbi göstərişlərə əsaslanır. Tibbi ehtiyac olmadan icra edilən estetik əməliyyatların sığorta zərfinə daxil edilməsi real görünmür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 941   Tarix: 04 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr