Sığorta haqları artdı, taksi qiymətləri də qalxacaq?
Azərbaycanda avtomobillərin icbari sığortası sistemi yaxın günlərdə yenilənmiş qaydalarla fəaliyyət göstərəcək. Dövlət tərəfindən qəbul olunmuş qərara görə, bundan sonra risk faktorları əsas götürülərək sığorta haqları daha dəqiq və obyektiv şəkildə hesablanacaq. Xüsusilə taksi sahəsində fəaliyyət göstərən nəqliyyat vasitələri üçün tətbiq ediləcək yeni yanaşmalar, bu xidmətdən istifadə edən vətəndaşlardan tutmuş sürücülər və şirkətlərə qədər geniş təbəqələrə təsir edəcək.
Yeni mexanizmə əsasən sığorta haqlarının müəyyənləşdirilməsində bir sıra amillər nəzərə alınacaq. Bunlar arasında sürücünün təcrübəsi və sürücülük stajı, əvvəlki sığorta iddiaları və qəzalar, avtomobilin markası, yaşı və texniki vəziyyəti, taksi xidmətinin günlük intensivliyi və istifadə müddəti kimi risk indikatorları yer alacaq.
Bəs yeni qayda ilə sığorta haqları risk faktorlarına görə artacaqsa, bu artım taksi xidmətlərinin gedişhaqqına necə təsir edəcək? Taksilərdə gedişhaqqının artması mümkündür?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:
"İstənilən ödəniş, istənilən rüsum, artan ödəniş həcmi və məbləğ, mal və xidmətin qiymətinin üstünə gəlir. Bu, həmişə belədir. Doğrudur, burada böyük məbləğdən söhbət getmir. Amma hər bir halda, sığorta haqları artacaqsa, taksi xidmətində fəaliyyət göstərənlər də cüzi də olsa həmin xərci öz gedişhaqqına əlavə edəcəklər. Burada onları qınamaq da mümkün deyil. Qeyd etdiyimiz kimi, istənilən rüsumun son ödəyicisi istifadəçidir. Yəni taksi sürücüləri və taksi şirkətləri, əgər sığorta haqlarını daha yüksək ödəyəcəklərsə, bu məbləği gedişhaqqının üstünə, hətta bir neçə qəpik də olsa, əlavə edəcəklər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 362 Tarix: 04 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabr