Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA

Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDAMəhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeni öhdəlik qoyulub.

Söhbət təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair işlərdən gedir.

Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi tələbləri ilə bağlı işlərdə məhkəmələr tərəfindən iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək, müvafiq təchizat xidmətlərinin dayandırılmasına yönələn hərəkətlərin bu sahədə mövcud olan təbii inhisar subyektinə qadağan edilməsi və (və ya) bu xidmətin bərpa edilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardadlar qəbul edilir.

Baxılmış işlərin təhlili göstərir ki, belə qərardadlar qəbul olunarkən müvəqqəti təminat tədbirinin əhatə dairəsi iddianın predmeti və mübahisələndirilən məbləğlə məhdudlaşdırılmadığına görə, təbii inhisar subyekti təbii qaz, su və ya elektrik enerjisinin dayandırılmasının qadağan olunması barədə qərardad qüvvədə olan dövrdə həmin tədbirin əhatə etmədiyi yeni borcla bağlı xidmətin göstərilməsini dayandıra bilmir. Bəzi istehlakçıların isə bu vəziyyətdən sui-istifadə edərək yeni borclarını ödəməkdən yayınması dövlət müəssisəsinə ödənilməli olan pul vəsaitlərinin gecikdirilməsinə gətirib çıxarmaqla, bu sahədə təbii inhisar subyektlərinin maliyyə dayanıqlılığına mənfi təsir göstərir.

Məsələn, qazdan istifadəyə görə hesablanmış 5000 manat borcun silinməsi tələbi üzrə belə təminat tədbiri tətbiq edildikdən sonra məhkəmə icraatı zamanı istehlakçının əlavə olaraq 10 min manat yeni borcu yarandığı halda, qərardadda təminat tədbirinin hansı məbləğlə məhdudlaşdığı göstərilmədiyi üçün istehlakçı bundan sui-istifadə edərək yeni yaranmış borcunu da ödəmir. Bu da nəticədə təbii inhisar subyektinin hüquqlarının lüzumsuz və qeyri-mütənasib formada məhdudlaşdırılmasına səbəb olur.

Halbuki borcu mübahisələndirən şəxsin ərizəsi əsasında onun hüquqlarının qorunması üçün seçilən belə müvəqqəti tədbir, digər tərəfin (hazırkı halda təbii inhisar subyektinin) mübahisələndirilən məbləğlə bağlı olmayan zəruri hüquqlarının məhdudlaşdırılmasına və ona əsaslı zərərin vurulmasına gətirib çıxarmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin müvəqqəti təminat tədbirləri ilə bağlı müddəalarına görə, tətbiq edilən tədbir gözlənilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

Digər tərəfdən "Elektrik enerjisindən istifadə Qaydaları", "Qazdan istifadə Qaydaları" və "Sudan istifadə Qaydaları"nda hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə təchizatçının xidməti dayandırma hüququ nəzərdə tutulub.

Müəyyən edilib ki, məhkəmələr təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi ilə bağlı işlərdə yuxarıda qeyd olunan müvəqqəti təminat tədbirini tətbiq edərkən, həmin tədbirin iddianın predmeti və mübahisələndirilən məbləğə münasibətdə tətbiq edilməli olduğunu diqqətdə saxlamalıdırlar. Həmçinin bu təminat tədbirinin tətbiq edilməsinə baxmayaraq, mübahisə predmeti təşkil etməyən yeni borclara münasibətdə təbii inhisar subyekti tərəfindən xidmətin göstərilməsinin dayandırılmasının mümkünlüyü nəzərə alınmalıdır.

Belə müvəqqəti təminat tədbiri ilə bağlı qərardadların nəticə hissəsində bu tədbirin məhz hansı borc məbləği ilə bağlı tətbiq olunduğu aydın göstərilməlidir (məsələn, qətnamə qanuni qüvvəsini alanadək A-ya məxsus X ünvanda yerləşən X saylı abonent kodu olan qeyri-yaşayış sahəsinə 5000 manat mübahisəli borca münasibətdə təbii qazın verilməsinin dayandırılması "Azəriqaz" İstehsalat Birliyinə qadağan olunsun və təbii qazın verilməsi bərpa olunsun)./Trend.Az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 527   Tarix: 04 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr