Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
Azərbaycanda ehsan ənənələrinə fərqli və faydalı bir baxış bucağı gətirilib.
Sonxeber.az Konkret.az-a istinadla xəbər verir ki, Samux rayonunda yerli sakinlərdən biri atasının vəfatından sonra yubiley ehsanı vermək əvəzinə, yaşadığı kəndin bərbad vəziyyətdə olan yollarını təmir etdirmək qərarına gəlib. Sakin öz şəxsi vəsaiti hesabına kənd küçələrinə asfalt örtüyü çəkdirərək həm valideyninin xatirəsini yad edib, həm də yüzlərlə insanın gündəlik hərəkətini asanlaşdırıb.
Bu qeyri-adi ehsan növü sosial şəbəkələrdə və rayon ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanıb. Layihəni həyata keçirən sakin bildirib ki, adətən insanlar yaxınlarını itirəndə geniş süfrələr açır, israfçılığa yol verən məclislər təşkil edirlər.
Lakin o, bu vəsaiti daha qalıcı və cəmiyyət üçün xeyirli olan bir işə - yol infrastrukturunun yenilənməsinə yönəltməyi daha doğru hesab edib.
Onun sözlərinə görə, atılan bu addım həm atasının ruhuna dua olunmasına vəsilə olacaq, həm də gələcək nəsillər üçün nümunəvi bir təşəbbüs sayılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8280 Tarix: 05 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabr