"Bizdə istedadlı, tərbiyəli insanları yox, məşhurları sevirlər"

"Bizdə istedadlı, tərbiyəli insanları yox, məşhurları sevirlər""Çalışıram verilişlərə getməyim. Bu o demək deyil ki, hər verilişə getmirəm. Sadəcə, telefon çıxandan mənim sənətə olan həvəsim ölüb. Telefon hər şeyi ortaya tökdü, gizliləri açdı. Amma elə şeylər var ki, onlar gizli qalmalıdır. Bu gün müsahibə vermək istəyirsən, lakin "ağıllı intellektuallar"a biganə qala bilmirəm. Ona görə də verilişlərə getmirəm".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Azər Axşam "Daha aydın" layihəsində deyib. O, uzun müddətdir efirə çıxmamasına belə aydınlıq gətirib:

"Bir gün jurnalistlərdən birinə dedim ki, nə kiminsə tərifini, nə də söyüşünü istəyirəm. Bizim tamaşaçını başqa şeylərə yönəltdilər. Bundan çox qorxuram. Bizim insanlar məşhur insanları sevirlər. Savadlı, istedadlı, tərbiyəli insanları isə sevmirlər. Məşhurluq axtarırlar. "Mənim toyumda məşhur biri olsun, istedadlı adam yox" deyə düşünürlər".

Aktyor məşhurluğa istedaddan daha çox dəyər verilməsini qınayıb:

"Hətta bir dəfə toyda idik. Köhnə televiziya işçiləri də orada qonaq idilər. Zaldakıların 90 faizi də televiziya işçiləri idi. İki diktor lokomotivinin adını çəkdim ki, sözü onlara verim, zalda oturanlardan heç biri reaksiya vermədi. Dalınca dedim ki, "Dəhşət, iki magikanın adını çəkirəm, siz - əyləşən televiziya işçilərindən reaksiya yoxdur. Amma bir dənə TikTok-dakılardan birini dəvət edək içəri, siz cumacaqsınız onun üstünə. Görün, televiziyada kimlər işləyir". Elə bil bataqlığa daş düşdü.

Bu gün Qorxmaz Əlilini görəndə qaça-qaça gedib qabağına çıxıram. Ola bilər bu gün efirdə deyil, amma o, mənim qəlbimdə peşəsi ilə taxt qurub. Pulum, imkanım çox ola bilər, amma mən yenə də onlarla görüşmək üçün qaçaraq gedərəm".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 450   Tarix: 05 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO

Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub

5 sentyabr
.

Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı

Məşhur ABŞ-li müğənni Britni Spirs illərlə məruz qaldığı qəyyumluq rejiminin ona vurduğu zərərlər barədə danışıb. xəbər verir ki, sənətçi "Instagram" hesabında etdiyi yeni paylaşımında bu səbəbdən insanlara hörmət etməyi dayandırdığını etiraf edib. "İnsanlara böyük hörmətlə yanaşdığı

30 avqust
.

Ledi Qaqa ana oldu - Foto

Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar

12 sentyabr
.

"Mənim yeganə övladım olaraq qalacaqsan"

Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiaqonun doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi onunla bağlı paylaşımında onun hər zaman özünün yeganə övladı olaraq qalacağını vurğulayıb. "Kaş bu dünya dəyişməsəydi, sə

5 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11 sentyabr
.

Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin

18 sentyabr
.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr