Kiberhücumlara qarşı müdafiə gücləndirilir: Azərbaycanda yeni Koordinasiya Mərkəzi yaradılacaq

Kiberhücumlara qarşı müdafiə gücləndirilir: Azərbaycanda yeni Koordinasiya Mərkəzi yaradılacaqSon illər süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya məkanında yeni risklər yaradıb. Xüsusilə dipfeyk videolar və saxta xəbərlərin yayılması həm ictimai rəyə, həm də dövlətlərin informasiya təhlükəsizliyinə təsir göstərir. Bu səbəbdən bir çox ölkələr kiberhücumlara qarşı rəqəmsal müdafiə mexanizmlərini gücləndirməyə çalışır. Azərbaycanda da bu istiqamətdə yeni addım atılır. Ölkə səviyyəsində kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qaldırılması fəaliyyətinin koordinasiyası üçün mərkəz yaradılacaq. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı"nda əksini tapıb.

Bəs bu risklərin artdığı dövrdə informasiya təhlükəsizliyini qorumaq üçün hansı addımlar atılır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Elektron Təhlükəsizlik Xidmətinin (ETX) mətbuat katibi Elnarə Baxış bildirib ki, dipfeyk kontentləri əsasən maliyyə dələduzluğu, ictimai rəyə təsir və rəsmi qurumların adından yayılan saxta məlumatlarla bağlı olur: "Bu kimi halların qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları, o cümlədən ETX tərəfindən mütəmadi olaraq ictimai məlumatlandırma kampaniyaları, təlimlər və media vasitəsilə müxtəlif maarifləndirici layihələr həyata keçirilir".

"Kiberinsidentlərlə bağlı elektron sübutları ETX-ya göndərin"

E.Baxış qeyd edib ki, vətəndaşlar süni intellekt əsaslı dezinformasiyanı müəyyən əlamətlərə diqqət etməklə ayırd edə bilərlər: "Süni intellekt əsaslı dezinformasiyanı tanımaq üçün vətəndaş ilk növbədə gördüyü və ya oxuduğu məlumatın mənbəsinə diqqət etməlidir. Şübhəli vizual və ya videolarda səs və görüntü uyğunsuzluğu, qeyri-təbii mimika, mətnlərdə emosional manipulyasiya və sensasion başlıqlar kimi əlamətlər diqqətə alınmalıdır".

Qurum rəsmisi sonda vurğulayıb ki, vətəndaşlar kibertəhlükə, eyni zamanda hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyac olduqda "1654" qaynar xətti və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər: "Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və ETX-yə göndərsinlər".

Avtomatlaşdırılmış, hədəfli və mürəkkəb forma...

Kibertəhlükəsizlik üzrə ekspert Mehman İsgəndərov deyir ki, son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı kiberməkanda həm hücum, həm də müdafiə üsullarına ciddi təsir göstərib: "Əgər əvvəllər kiberhücumlar daha çox manual üsullarla və məhdud texniki imkanlarla həyata keçirilirdisə, indi süni intellekt vasitəsilə bu proseslər daha avtomatlaşdırılmış, hədəfli və mürəkkəb formaya düşüb. Məsələn, hücum edən tərəf süni intellekt alqoritmlərindən istifadə edərək böyük həcmdə məlumatı analiz edə və sistemlərdəki zəif nöqtələri daha sürətli müəyyən edə bilir. Bu isə hücumların planlaşdırılmasını və həyata keçirilməsini xeyli sürətləndirir. Eyni zamanda fişinq hücumlarının məzmunu daha inandırıcı hala gəlib. Süni intellekt vasitəsilə hazırlanan elektron məktublar və ya mesajlar real insan ünsiyyət üslubunu təqlid etdiyi üçün istifadəçilər bəzən onların saxta olduğunu müəyyən etməkdə çətinlik çəkirlər".

Dipfeyk təhlükəsi

Mütəxəssisin sözlərinə görə, son dövrlərdə diqqət çəkən tendensiyalardan biri də səs və video texnologiyalarından istifadə edən hücumlardır: "Məsələn, süni intellekt vasitəsilə yaradılmış saxta səs yazıları ilə şirkət rəhbərlərinin və ya menecerlərin adından maliyyə əməliyyatları tələb edən hallara artıq bir sıra ölkələrdə rast gəlinib. Bununla yanaşı, süni intellekt kibertəhlükəsizlik sahəsində müdafiə imkanlarını da genişləndirir. Müasir təhlükəsizlik sistemləri böyük həcmdə şəbəkə trafikini analiz edərək qeyri-adi davranışları müəyyən edə və potensial hücumları erkən mərhələdə aşkarlaya bilir. Dipfeyk isə süni intellekt və dərin öyrənmə alqoritmləri vasitəsilə saxta video və audio materialların hazırlanmasına imkan verir".

Saxta videolar necə aşkarlanır?

O bildirib ki, saxta video və ya audio materialların müəyyən edilməsi üçün bir neçə texniki yanaşma mövcuddur: "İlk növbədə materialın texniki xüsusiyyətləri araşdırılır. Faylın metadata məlumatları, yaradılma tarixi və istifadə olunan proqram təminatı kimi texniki göstəricilər analiz olunur. Bu məlumatlar materialın hansı şəraitdə hazırlandığını müəyyən etməyə kömək edə bilər. Bundan başqa, xüsusi proqram təminatları videodakı üz hərəkətlərini, mimikaları və işıq-kölgə uyğunluğunu analiz edir. Dipfeyk videolarda bəzən insan gözünün fərq etmədiyi mikrouyğunsuzluqlar mövcud olur və bu tip alqoritmlər məhz həmin detalları aşkar etməyə çalışır. Eyni zamanda materialın yayıldığı mənbənin araşdırılması da vacibdir. Video və ya audiomaterialın ilk dəfə harada yayımlandığı, hansı kontekstdə paylaşıldığı və digər etibarlı mənbələrlə uyğunluğu yoxlanılır".

Maraqlıdır, kiberhücum və rəqəmsal insident anlayışları qanunvericilikdə necə tənzimlənir?

Rəqəmsal sübutlar məhkəmədə hansı hallarda qəbul olunur?

Vəkil Cavid Babayev bildirib ki, rəqəmsal sübutlar məhkəmədə yazılı sübut kimi qəbul oluna bilər. Onun sözlərinə görə, bu sübutlar yalnız həqiqiliyi müəyyən edildiyi halda məhkəmədə sübut kimi qəbul edilir. Əgər sübutlar qanunsuz yolla əldə olunubsa, məhkəmə tərəfindən qəbul edilmir. Praktikada bu, o deməkdir ki, rəqəmsal sübutların məhkəmədə dəyər daşıması üçün onların mənbəyi, əldə edilmə üsulu və dəyişdirilmədiyi sübuta yetirilməlidir".

Sosial şəbəkələrdə dezinformasiya: hüquqi yanaşma

C.Babayev əlavə edib ki, xarici platformalarda (məsələn, sosial şəbəkələrdə və beynəlxalq saytlarda) yayılan saxta və ya dezinformasiya xarakterli məzmunla bağlı hüquqi tədbirlər adətən bir neçə mexanizm vasitəsilə həyata keçirilir: "Bu tədbirlər həm dövlətlərin qanunvericiliyi, həm də platformaların öz qaydaları əsasında tətbiq olunur. Məsələn, bir çox ölkədə qanunlar sosial media platformalarına öhdəlik qoyur. Bunlar saxta və zərərli məlumatı müəyyən müddətdə silmək, dezinformasiyanı işarələmək və ya məhdudlaşdırmaq, bot və anonim hesabları bloklamaqdır. Eyni zamanda, dövlətlərarası və hüquqi əməkdaşlıq da mümkündür. Saxta məzmun xarici platformada yayıldıqda dövlətlər platformaya rəsmi müraciət göndərə, hüquqi yardım haqqında beynəlxalq müqavilələrdən istifadə edə, həmin məlumatı yayan şəxsin müəyyən edilməsi üçün platformadan məlumat tələb edə bilər. Həmçinin mülki-hüquqi müdafiə (məhkəmə yolu) tətbiq oluna bilər. Saxta məlumatdan zərər çəkən şəxs və ya təşkilat məhkəməyə müraciət edib məlumatın təkzibini, reputasiyaya vurulan ziyana görə kompensasiya tələb edə, məhkəmə qərarı ilə məzmunun silinməsini təmin edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 265   Tarix: 05 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ötən il neçə saxta diplom aşkarlanıb?

Ötən il 58 saxta diplom aşkarlanıb. Bunu Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayı əsasında müxbiri müəyyən edib. "2025-ci ildə ümumilikdə 156 nəfərə (o cümlədən 108 bakalavr və 48 orta ixtisas) aid diplomların həqiqiliyinin yoxlanılması üçün Elm və Təhsil Nazirliyin

20 iyun
.

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır

Bu gün ölkəmizdə ən qürurverici, ən əlamətdar günlərdən biridir. Azərbaycanın Silahlı Qüvvələr günüdür. İnanmıram ki, Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız, xüsusilə son illər bu günü bayram kimi qeyd etməsin, bir-birini təbrik etməsin. Milli silahlı qüvvələri

20 iyun
.

Toy mədəniyyətində dönüş - ŞOK QADAĞA GÜNDƏMDƏ

Bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, cəmiyyət alternativ yanaşmaları tədricən qəbul edir. Azərbaycanda yas mərasimlərində ehsanın mərhələli şəkildə aradan qaldırılması cəmiyyətin uzun illər formalaşmış sosial stereotiplərinin dəyişə bildiyini göstərdi

21 iyun
.

Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub

Belarus Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitri Jukovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikas

20 iyun
.

Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?

Bakıda iş vaxtlarının fərqli saatlarda başlaması üçün konkret addımlar atılacaq. Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:. Paytaxtda iş qrafiklərinin mərhələli şəkild

20 iyun
.

Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

"Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycanda yay fəsli kəskin dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, yay mövsümündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olacaq və fəsil iki əsas fazada inkişaf edəcəkdir. Mövsümü

21 iyun
.

Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevir şəhərində yanğın olub. -ın məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsindəki yaşayış binasında baş verib. Binanın 4-cü mərtəbəsindəki mənzillərdən biri alovlanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib, yanğın söndürülüb. Faktla bağl

20 iyun
.

Füzuli Rayon İcra Hakimiyyəti Horadiz şəhərinin 17 Oktyabr küçəsində abadllq işlərinin həyata keçirilməsini planlaşdırır. Qaynarinfo xəbər verir ki, q

Füzuli Rayon İcra Hakimiyyəti Horadiz şəhərinin 17 Oktyabr küçəsində abadllq işlərinin həyata keçirilməsini planlaşdırır. Qaynarinfo xəbər verir ki, qurum artıq bu məqsədlə elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "VNM İnşaat" MMC seçilib. Abadlıq işlərinə görə, şirkətə 242 831,08 mana

20 iyun
.

Zabrat sakinləri təngə gəliblər: "Artıq beş gündür ki, su yoxdur"

Bakının Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nəriman Nərimanov küçəsi 23 ünvanında yaşayan sakinlər bir neçə gündür ki, içməli su problemi ilə üzləşdiklərini bildirirlər. -a daxil olan məlumata görə, ərazidə yerləşən doqquzmərtəbəli binalara artıq beş gündür su verilmir. Sakinlərin sözlərinə görə, su təchizatını

20 iyun