"Gender bərabərliyi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir" - DEPUTAT
"Gender bərabərliyi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərin əsasında möhtərəm cənab Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti dayanır. Ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial islahatlar gender bərabərliyinin real təmininə xidmət edir. Qadınların ictimai-siyasi həyatda fəal iştirakının genişləndirilməsi, onların dövlət idarəçiliyində, parlamentdə, yerli icra strukturlarında təmsilçiliyinin artırılması bu siyasətin bariz nümunəsidir. Azərbaycan qadını yalnız ailənin deyil, dövlətin və cəmiyyətin inkişafında söz sahibi olan aparıcı qüvvələrdən biridir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, qadın sahibkarlığının təşviqi, məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar gender bərabərliyinin iqtisadi əsaslarını möhkəmləndirir:
"Günümüzdə qadınların potensiallarını reallaşdırmaq imkanları daha da artır. Xüsusi olaraq qeyd etmək istərdim ki, ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, ailə institutunun qorunması və sağlam sosial mühitin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də məhz dövlət başçısının müəyyən etdiyi strateji xəttin tərkib hissəsidir. Bu yanaşma göstərir ki, gender bərabərliyi məsələsi Azərbaycanda hüquqi, mənəvi və ictimai məsuliyyət kontekstində qiymətləndirilir.
Qarşıdakı dövrdə də bu sahədə daha sistemli və nəticəyönümlü proqramların həyata keçirilməsi gender siyasətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edəcək. Sözügedən siyasətin əsas məqsədi cəmiyyətdə bərabərliyin davamlılığı, ədalətli, sağlam və güclü sosial mühitin qorunması və daha da möhkəmləndirilməsidir".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər