AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb"Azərbaycan Hava Yolları" QSC (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan "Air Serbia" ilə kod-şerinq sazişi imzalayıb.

Bu barədə Sonxeber.az-a səhmdar cəmiyyətindən bildirilib.

Gələn aydan Bakı-Belqrad-Bakı marşrutu üzrə uçuşlar "Air Serbia"nın uçuş cədvəlinə uyğun olaraq həftədə iki dəfə həyata keçiriləcək. Kod-şerinq əməkdaşlığı çərçivəsində AZAL-ın "Air Serbia"nın icra etdiyi reyslərə yerləşdirdiyi marketinq kodu sərnişinlərə Belqrad-Bakı-Belqrad marşrutu üzrə rahat bron imkanları, çevik səyahət və geniş transfer imkanları təqdim edəcək. Kod-şerinq sazişi çərçivəsində ilk reys 3 maya planlaşdırılıb.

Milli aviadaşıyıcılar arasında qurulan bu əməkdaşlıq beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Yeni tərəfdaşlıq sərnişinlərə daha geniş istiqamət seçimi, çeviklik, rahat səyahət imkanları və Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradacaq. Eyni zamanda, bu saziş turizm, biznes və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

"Bu əməkdaşlıq nəticəsində sərnişinlər koordinasiyalı xidmətlərdən faydalanacaq, biletləri AZAL-ın satış kanalları vasitəsilə əldə edərək Bakı və Belqrad arasında rahat səyahət imkanına malik olacaq. AZAL marşrut şəbəkəsini və strateji tərəfdaşlıqlarını aktiv şəkildə inkişaf etdirməyə davam edir və Şərqlə Qərb arasında əsas regional tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir", - deyə AZAL-ın Baş kommersiya inzibatçısı Cəmil Mənizadə bildirib.

"Bu kod-şerinq tərəfdaşlığı Serbiya ilə Azərbaycan arasında hava əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək, sərnişinlərə daha çox səyahət seçimi və rahat transfer imkanları təqdim edəcək. Şəbəkələrimizi və təcrübəmizi birləşdirərək həm turizm, həm də işgüzar səfərlər üçün yeni imkanlar yaradır, eyni zamanda ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə veririk", - deyə "Air Serbia"nın Kommersiya və strategiya üzrə baş meneceri Boşko Rupiç qeyd edib.

Biletləri yaxın gələcəkdə AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi, həmçinin aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

AZAL nüfuzlu "Skytrax" təşkilatının "4 Ulduz" reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards" nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect" və "IEnvA" proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

"Air Serbia" Serbiyanın milli aviadaşıyıcısıdır və Belqradı Avropa, Aralıq dənizi regionu, Şimali Amerika və Asiya üzrə 100-dən çox istiqamətlə birləşdirir. Nyu-York, Çikaqo, Şanxay və Quanqcou istiqamətlərinə uzunməsafəli reyslərdən sonra aviaşirkət 2026-cı ildə beşinci uzunməsafəli marşrutunu - Toronto istiqamətini istifadəyə verməyə hazırlaşır. Həmin il ərzində marşrut şəbəkəsinə əlavə olaraq Santorini, Bakı, Alikante, Sevilya, Tenerife və Tromso şəhərləri də daxil ediləcək.

Milli aviadaşıyıcı kimi "Air Serbia" Serbiyanın beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır və turizmin, eləcə də milli iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verir. Bu xüsusilə 2027-ci ildə Belqrad şəhərində keçiriləcək "Expo 2027 Belgrade" beynəlxalq sərgisi ərəfəsində daha böyük əhəmiyyət kəsb edir, çünki aviaşirkət tədbirin "Platinum" tərəfdaşıdır. Həmin ildə "Air Serbia" yaranmasının 100 illiyini qeyd edəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 444   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr