"Crocus" terrorçularından biri öldü - Yenilənib
Rusiyada "Crocus City Hall" konsert zalında törədilmiş terror aktının iştirakçılarından biri olan Yakubjon Davlatxon Yusufzoda intihara cəhd edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə REN TV öz teleqram kanalında məlumat yayıb.
"Matrosskaya tişina" istintaq təcridxanasında intihara cəhd edən 37 yaşlı məhkumun xəstəxanaya yerləşdirildiyi bildirilir.
Qeyd edək ki, Davlatxon konsert zalına hücum işi üzrə barəsində məhkəmə qərarı çıxarılmış 19 nəfərdən biridir. Məhkəmənin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hadisədən bir neçə gün əvvəl o, terror aktını icra edənlərin mənzil haqqını ödəmək üçün pul köçürüb, vəsaitin bir hissəsini isə artıq terror aktından sonra göndərib.
Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da 2024-cü il martın 22-də törədilən terror aktı nəticəsində 149 nəfər həlak olub, 600 nəfərdən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb. Konsertdən əvvəl dörd silahlı şəxs zala basqın edərək atəş açıb, binanı yandırıb, sonra isə hadisə yerindən qaçıb. Hadisə zamanı konsert zalına dəyən maddi zərərin miqdarı təxminən 6 milyard rubl (təxminən 110 milyon AZN) dəyərində qiymətləndirilir.
***
Məlumata görə, o, tibb müəssisəsində dünyasını dəyişib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 618 Tarix: 06 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind
19 sentyabrKolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub
Kolumbiyada Çoko departamentinin Kondoto şəhərindən Boqotadakı Quaymaral hava limanına uçuş zamanı qəzaya uğrayan Cessna T206 təyyarəsi tapılıb. Təyyarədə olan beş nəfərin hamısı həlak olub. xəbər verir ki, bu barədə 16 sentyabrda ölkə prezidenti Abelardo de la Esperanza X sosial şəbəkəsində məluma
17 sentyabrTəkcə göydələnlər deyil: Az adamın bildiyi başqa Dubayı harada görmək olar?
Dubay nəhəng göydələnləri, dəbdəbəli ticarət mərkəzləri və bahalı restoranları ilə assosiasiya olunur. Lakin əmirliyin parlaq fasadının arxasında tarixi məhəllələr, qədim qayıqlar və küçə yeməkləri də gizlənir. Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdəki gərgin vəziyyətə baxmayaraq, Dubayda həyat adi ritmd
17 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrAfrika gözləniləndən daha sürətli parçalanır
Geoloqlar Afrika qitəsinin düşündüyümüzdən daha tez bölünəcəyini aşkar ediblər. Aktiv çat "kritik həddə" çatıb və tezliklə bölünərək yeni bir okean əmələ gətirəcək. Lakin "tezliklə" nisbi bir termindir: bunun üçün hələ bir neçə milyon il lazım olacaq, lakin geoloji miqyasda bu, sadəc
19 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrDünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə
18 sentyabr