Azərbaycanda hicab kəlağayı ilə əvəzlənir

Azərbaycanda hicab kəlağayı ilə əvəzlənirAzərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir.

"Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, bu yanaşma xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək.

Yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kəlağayının təşviq edilməsi nəzərdə tutulur.

Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif məzhəbi və sektorial simvollar cəmiyyət daxilində fərqlənməni artırdığı halda, kəlağayı ümummilli identiklik və ortaq mədəni dəyər kimi qəbul edilir.

Tarixi baxımdan kəlağayı Azərbaycan qadınının kimliyinin ayrılmaz hissəsidir və UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınıb. Kəlağayı yalnız geyim elementi deyil, həm də sülh, hörmət və birlik rəmzi kimi qəbul olunur.

Milli azadlıq hərəkatı dövründə və Qarabağ hadisələrinin ilk mərhələlərində kələğayının simvolik rolu xüsusilə diqqət çəkir. Azərbaycan bayrağının açıq şəkildə qaldırılmasının çətin olduğu, hətta olmadığı məqamlarda, kələğayı 1988-ci ildə bir neçə dəfə bayraq əvəzi kimi istifadə olunub, istiqlal ideyasının rəmzinə çevrilib.

Eyni zamanda, Qarabağ münaqişəsinin gərgin dövrlərində kələğayı birbaşa sülh simvolu kimi də çıxış edib. Ağdam rayonunda yerləşən Lenin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova qarşıdurmanın qarşısını almaq üçün kələğayını ortaya ataraq kütləni sakitləşdirmiş, bununla da daha böyük toqquşmanın qarşısını almağa nail olmuşdu. Bu hadisə kələğayının Azərbaycan cəmiyyətində yalnız mədəni deyil, həm də ictimai-siyasi gücə malik simvol olduğunu bir daha göstərir.

Yeni yanaşmaya əsasən, inanclı qadınların baş örtüyü ehtiyacı nəzərə alınmaqla, dini baş örtükləri əvəzinə milli örtük - kələğayıdan istifadə təşviq olunacaq. Bununla bağlı maarifləndirmə, tədris və tətbiq mexanizmlərinin də hazırlanacağı bildirilir.

Beləliklə, Azərbaycanda baş örtüyü məsələsində yeni mərhələnin başlanacağı gözlənilir və bu yanaşma milli-mədəni dəyərlərin ön plana çıxarılması ilə izah olunur.
Azərbaycanda hicab kəlağayı ilə əvəzlənirAzərbaycanda hicab kəlağayı ilə əvəzlənir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 474   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu il uşaqlara daha çox hansı adlar verilib? - Statistika

2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Bizim.Media Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Rau

4 aprel
.

"13 nömrəli marşrutla bağlı daxil olan şikayətlər araşdırılacaq" - AÇIQLAMA

"BakuBus" MMC paytaxtda 13 nömrəli marşrut üzrə yaranmış problemlərlə bağlı yayılan şikayətlərə münasibət bildirib. Qurumdan -a verilən açıqlamada bildirilib ki, sürücülər arasında baş verdiyi iddia olunan insident və marşrut üzrə intervalın pozulması faktları araşdırılacaq. Xüsusilə səhə

6 aprel
.

13 nömrəli avtobusun sürücüləri bir-biri ilə dalaşıb, dayanacağa gəlmirlər - ŞİKAYƏT

Bakıda ictimai nəqliyyatda yaşanan problemlər vətəndaşların narazılığına səbəb olmağa davam edir. -a danışan paytaxt sakinlərinin sözlərinə görə, 13 nömrəli avtobus marşrutunda sürücülər arasında yaranan mübahisələr sərnişinlərə ciddi çətinlik yaradır. Bildirilir ki, bəzi hallarda sürücülər bir-bir

6 aprel
.

Yerdə əhalinin sayı həddindən artıqdır: Həyəcan TƏBİLİ

Alimlərin fikrincə, hazırda Yer kürəsində yaşayan insanların sayı planetin dayanıqlı imkanlarını artıq xeyli üstələyib. xarici mediaya istinadla xəbər verir ki, onların hesablamalarına görə, Yer yalnız təxminən 2,5 milyard insanı uzunmüddətli və stabil şəkildə resurslarla təmin edə bilər. Araşdırma nəy

6 aprel
.

Mayda 14 GÜN İŞ OLMAYACAQ - 2 bayramı bir gündə qeyd edəcəyik

Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur. 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadü

5 aprel
.

Əmlakçıya "Salam" yazan qadın aldığı cavabla şoka düşdü - VİDEO

Qadın kirayə ev üçün əmlakçı ilə əlaqə saxladı, aldığı cavabla şoka düşdü. türk mediasına istinadən xəbər verir ki, kirayəlik ev elanına görə əmlakçı ilə əlaqə saxlayan bir qadın, "Nə işlə məşğulsunuz?" sualına sərt reaksiya verərək yaşanan dialoqu sosial mediada paylaşıb. Görüntülər izləyicilə

6 aprel
.

​Bu ayda iş vaxtı norması AZALACAQ

Azərbaycanda 2026-cı ildə may ayında qeyri-iş günlərinin çoxluğu səbəbindən iş vaxtı norması azalacaq. xəbər verir ki, beşgünlük iş həftəsi üçün 15 tam iş günü (8 saatlıq) və 2 qısaldılmış iş günü (7 saatlıq) nəzərdə tutulur. Bu isə ümumilikdə 134 saat iş vaxtı deməkdir. Qeyd edək ki, may ayında qeyri-i

5 aprel
.

​Pensiyalar yenə artacaq?

2026-cı ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qərar qüvvəyə minib. Rəsmi məlumatlara əsasən, pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. Artım təxminən 9-10 faiz təşkil edib ki, bu da minlərlə pensiyaçının gəlirlərində artıma səbəb olub

4 aprel
.

Azərbaycanda evlənmək istəyənlərə EV VERİLƏ BİLƏR - YENİ TƏKLİFİN DETALLARI

Son zamanlar ölkədə ailə qurmaqdan çəkinənlərin sayı artıb. Bu səbəbdən evliliklərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Əsas səbəblərdən biri gənclərin şəxsi mənzilə sahib olmamasıdır. Hazırda ev almaq üçün minimum 80-100 min manat vəsait tələb olunur ki, bu da həm yüksək gəlir

4 aprel