Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir7 aprel Azərbaycan Hava Yollarının (AZAL) yaranmasının 34-cü ildönümüdür. 1992-ci ilin məhz bu günündə təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyən edib. Bu əlamətdar tarix ölkəmizin dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan birini təmsil edir.

Sonxeber.az xatırladır ki, yerli uçuşlar həyata keçirən milli aviadaşıyıcı kimi fəaliyyətinə başlayan AZAL 34 il ərzində Azərbaycanda mülki aviasiyanın inkişafında əvəzolunmaz bir rol oynamış və regionun aparıcı aviaşirkətlərindən birinə çevrilmişdir. Donanmanın və marşrut şəbəkəsinin genişləndirilməsi, beynəlxalq təhlükəsizlik və xidmət standartlarının tətbiqi, həmçinin ixtisaslı aviasiya kadrlarının hazırlanması AZAL-ın fəaliyyəti müddətində əsas strateji prioritet olaraq qalır.

Hazırda AZAL-ın donanmasında "Boeing", "Airbus" və "Embraer" tipli 30-a yaxın müasir və yüksək komfortlu hava gəmisi mövcuddur. 2032-ci ilədək donanmanın 50-dən çox təyyarə ilə genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, AZAL yerli aviasiya kadrlarının peşəkar pilot kimi yetişdirilməsinə investisiya edərək insan kapitalının inkişafına əhəmiyyətli töhfə verir. Bu hədəflərin hər biri AZAL sərnişinlərini rahat səyahət imkanları ilə təmin etmək missiyasına xidmət edir.

Yeni istiqamətlərə, yeni hədəflərlə

AZAL-ın daim genişlənən marşrut şəbəkəsi Azərbaycanın qlobal miqyasda hava əlaqələrini gücləndirərək ölkəmizdə nəqliyyat və turizm imkanlarının inkişafında əhəmiyyətli rol oynayır. Belə ki, 2022-ci ildən bu günə kimi sərnişinlərin yeni mədəniyyətləri kəşf edə biləcəyi istiqamətlərin sayı təxminən iki dəfə artıb. Hazırda AZAL sərnişinlərinə dünyanın müxtəlif regionlarında yerləşən çoxsaylı şəhərlərə birbaşa uçuşlar təklif edir. Marşrut şəbəkəsinin ardıcıl şəkildə genişləndirilməsi həm işgüzar səfərlər, həm də turistik səyahətlər üçün daha geniş seçim imkanı yaradır, həmçinin Azərbaycanın əsas tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Təhlükəsizlik və peşəkarlıq dəyişməz prioritet kimi

Fəaliyyət göstərdiyi bütün dövrlər ərzində AZAL uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat proseslərini beynəlxalq aviasiya standartlarına uyğun şəkildə inkişaf etdirib. Pilotların hazırlanması ilə yanaşı texniki heyət və kabin əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün təlim proqramları həyata keçirilir. Yerli mütəxəssislərin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə praktiki təlimlərə cəlb olunması Azərbaycanda peşəkar aviasiya mühitinin formalaşmasına mühüm töhfə verir.

Eyni zamanda, beynəlxalq aviasiya qurumları ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik, texniki xidmət və əməliyyatların idarə olunması sahələrində qabaqcıl təcrübələr tətbiq edilir. Bu yanaşma ölkənin milli aviadaşıyıcısına sərnişinlərə etibarlı, təhlükəsiz və yüksək keyfiyyətli xidmət təqdim etməyə imkan yaradır.

Qlobal aviasiya məkanında tanınan nailiyyətlər

Təsadüfi deyil ki, 34 illik fəaliyyəti ərzində AZAL xidmət keyfiyyəti, təhlükəsizlik standartları və sərnişin məmnuniyyəti sahəsində əldə etdiyi nəticələrlə müxtəlif nüfuzlu mükafatlara layiq görülüb. 2015-ci ildə Böyük Britaniyanın dünyaca məşhur və aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində ən mötəbər konsaltinq şirkəti "Skytrax" Azərbaycan Hava Yollarına nüfuzlu "4 ulduz" reytinqi verib. 2025-ci ildə isə AZAL artıq 5-ci dəfə sözügedən mükafatla təltif olunub.

Bununla yanaşı, "SkyTrax" şirkəti 2018-ci ildə AZAL-ı "Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət" kimi tanıyıb. Bu nailiyyətin üzərindən çox keçmədən, 2020-ci ildə aviasiya analitik-sorğu nəşri olan "Official Airline Guide" ("OAG") Azərbaycan Hava Yollarını Avropanın 2019-cu ilin ən punktual aviaşirkəti kimi tanıyıb. Ötən il isə AZAL "Skytrax" təşkilatının keçirdiyi "World Airline Awards 2025" mükafatı çərçivəsində "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət" nominasiyasının qalibi elan olunub.

Böyük Qayıdış: Qarabağ səmasında əlamətdar dönüş nöqtəsi

Azərbaycanın milli aviadaşıyıcısı üçün xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 2021-ci ildə uzun fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnallarının yenidən ötürülməsi olub. Bu siqnalları ilk qəbul edən məhz AZAL təyyarələri olub.

Yeni üfüqlərə doğru

34 illik bu inkişaf yolu ərzində əldə olunan uğurlar AZAL-ın regionda rəqabətqabiliyyətli mövqeyini və beynəlxalq aviasiya məkanında etibarlı daşıyıcı kimi nüfuzunu bir daha təsdiqləyir.

AZAL-ın gələcəyə yönəlmiş inkişaf strategiyası yalnız sərnişinlərə təhlükəsiz və rahat uçuş təcrübəsi təqdim etməyi deyil, eyni zamanda ölkəmizi qlobal hava məkanlarında etibarlı şəkildə birləşdirən mühüm nəqliyyat qovşağı kimi möhkəmləndirməyi hədəfləyir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 367   Tarix: 07 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zeynəb Zamanovaya vəzifə verildi - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib

19 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr
.

Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)

Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində

18 sentyabr