Noku Maldives - ada istirahətinə yeni baxış

Noku Maldives - ada istirahətinə yeni baxış"Noku Maldives", "Vignette Collection" fərdi yanaşma və yaddaqalan səyahət təcrübələri yaratmaq məqsədi ilə birləşən unikal otellərdən ibarət sürətlə böyüyən portfelin bir hissəsidir.

Noku Maldives - ada istirahətinə yeni baxışNunu atolunun kristal kimi təmiz sularının ortasında yerləşən Noku Maldives özəl çimərlik və suüstü 50 villa təqdim edir; onların bir çoxu şəxsi hovuzla təchiz olunub.

Hər bir villa adanın təbii materialları ilə müasir komfortu birləşdirir və "yalınayaq lüks" fəlsəfəsini - təbiətlə harmoniyada olan rahat dəbdəbəni əks etdirir.

"Vignette Collection brendinin tərkibində Noku Maldives-i təqdim etməkdən məmnunuq. Bu kolleksiya fərdiliyi və məkana autentik bağlılığı önə çəkir," - deyə Noku Maldives, Vignette Collection-ın baş meneceri Hüseyn Şahid bildirib. "Son bir ildə qonaqlarımıza təqdim etdiyimiz bütün təcrübələri yeniləmişik - qastronomiya konsepsiyalarından immersiv proqramlara və xüsusi rituallara qədər. Bunu edərkən bizi sevdikləri o isti Maldiv atmosferini qoruyub saxladıq."

Noku Maldives - ada istirahətinə yeni baxış

Ada fəlsəfəsinin mərkəzində qastronomiya dayanır. Palms Restaurant & Bar çimərlik kənarında yerləşən rahat məkandır.
Burada qril yeməkləri dalğaların səsi və axşam mehi fonunda təqdim olunur.
Thari Maldiv, Hindistan və Şri-Lanka mətbəxlərinin dadlarını bir araya gətirir, hovuz kənarında Asiya ruhlu yeməklər və kokteyllər təklif edir.
Qonaqlar ulduzlar altında şam yeməyi, tənha qumlu adacıqda piknik, villanın terrasındakı romantik axşam və ya hovuzda üzən səhər yeməyi seçə bilərlər.
Hər detal təbii yaxınlıq və gözəllik atmosferi yaratmaq üçün düşünülüb.

Noku Maldives - ada istirahətinə yeni baxışNoku Spa sakit bir bağın içində yerləşir və istirahətə holistik yanaşma təqdim edir. Prosedurlar Maldiv ənənələrindən ilhamlanıb, kokos yağı və yerli bitkilərdən istifadə olunur.

Məqsəd bədən və ruhun balansını və harmoniyasını bərpa etməkdir.

Noku Maldives - ada istirahətinə yeni baxışVignette Collection brendi hər bir otelin fərdiliyini ümumi bir fəlsəfə ilə birləşdirir: qonaqlara autentik səyahətlər təqdim etmək və yerli icmalar üçün fayda yaratmaq.
Brendin imza elementlərindən biri Memorable Rituals - qonaqları məkanın ruhu ilə bağlayan unikal rituallardır. Noku Maldives-də bu, Island Echoes adlanır: ulduzlu səma altında tonqal ətrafında dənizçilər və ada ruhları haqqında əfsanələrin danışıldığı axşam görüşləri.

Noku Maldives - ada istirahətinə yeni baxışBrendin digər simvolu A Means For Good - yerli icmaları dəstəkləməyə və davamlı inkişafa yönəlmiş təşəbbüslər silsiləsidir. Adada bu, hər həftə keçirilən Fisherman’s Visit görüşündə təcəssüm olunur: yerli balıqçı təzə ov gətirir, əldə olunan vəsait isə məktəblərin və qadın komitələrinin dəstəyinə yönəldilir. Su altında missiya davam edir: kurort mərcanların bərpası və dəniz tısbağalarının xilasına dair proqramlarda yerli QHT-lərlə əməkdaşlıq edir. Qonaqlar hətta bir mərcan fraqmentini "himayəyə götürərək" rifin qorunmasına töhfə verə bilərlər.

2021-ci ildə yaradıldıqdan sonra Vignette Collection IHG-nin ən dinamik inkişaf edən brendlərindən birinə çevrilib və dünyada şüurlu səyahətlər, unikal otellər təqdim edir. Bu gün kolleksiyada 19 açıq otel və 34 layihə mərhələsində olan obyekt var; bunlara Yaponiya və Çindəki layihələr də daxildir.

Noku Maldives - ada istirahətinə yeni baxışNoku Maldives dəniz tısbağalarının qorunması proqramını həyata keçirib:
Noku Maldives, Vignette Collection kurortu Atoll Marine Conservation Centre (AMCC) ilə tərəfdaşlıq çərçivəsində dəniz tısbağalarının qorunmasına yönəlmiş ixtisaslaşmış proqramı işə salıb.

Təşəbbüs 25 noyabr 2025-ci il tarixində başlayıb və Vignette Collection brendinin Means for Good istiqamətinin bir hissəsidir. Bu, kurortun ekoloji məsuliyyətə və davamlı qonaqpərvərliyə sistemli yanaşmasını əks etdirir.

Noku Maldives ətrafındakı akvatoriya dayanıqlı və zəngin ekosistemi ilə tanınır: burada dəniz otu çəmənlikləri, mərcanlı dayaz sahələr və isti, qorunan laqunlar mövcuddur - bunlar dəniz tısbağaları üçün mühüm təbii sığınacaqdır. Son illərdə adanın sahil xəttində dəfələrlə yuvalama halları qeydə alınıb ki, bu da dəniz mühitinin sağlamlığının nadir və əhəmiyyətli göstəricisi sayılır. Yeni proqram bu təbii irsi möhkəmləndirməyi və qorumağı hədəfləyir.

Noku Maldives - ada istirahətinə yeni baxışAMCC ilə əməkdaşlıq çərçivəsində adada təşkilatın dəniz bioloqu fəaliyyətə başlayıb və bir sıra mühafizə layihələrini həyata keçirir: yerli dəniz tısbağası populyasiyasının tədqiqi, rif və mərcanların vəziyyətinin qiymətləndirilməsi, uzunmüddətli elmi araşdırmaların dəstəklənməsi, həmçinin yaxın adalarda yerli icmalar üçün sahə işləri və maarifləndirici təşəbbüslər.

Noku Maldives - ada istirahətinə yeni baxışProqram qonaqların iştirakı imkanlarını da genişləndirib: kurortda artıq maarifləndirici sessiyalar, bələdçi ilə snorlinq çıxışları və tematik workshoplar keçirilir. Bu fəaliyyətlər səyahətçilərə sualtı aləmi daha yaxından tanımağa və onun qorunmasına töhfə verməyə kömək edir.

"Növü-növünə görə lagunamız həmişə dəniz tısbağaları və sualtı həyat üçün sakit bir sığınacaq olub," - deyə Hüseyn Şahid, Noku Maldives-in baş meneceri qeyd edir. "AMCC ilə tərəfdaşlıq bu suların qorunmasına sadiqliyimizi və onların çiçəklənməyə davam etməsi istəyimizi əks etdirir. Təbiətin mühafizəsini, icma iştirakını və qonaqların maarifləndirilməsini birləşdirərək bütün atol üçün real və uzunmüddətli təsir yaradırıq."

Noku Maldives - ada istirahətinə yeni baxış


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 380   Tarix: 07 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr