"Təmtəraq insanın dəyərini müəyyən etmir" - AÇIQLAMA
"Yasların və toyların təmtəraqlı keçirilməsi zaman-zaman gündəmdə olub. Bu məsələ ilə bağlı iki fərqli baxış mövcuddur".
Bunu Sonxeber.az-a Sosioloq Mail Yaqub danışıb.
O, açıqlamasında qeyd edib ki, cəmiyyətdə müəyyən balans yaradılmalıdır:
"Birinci yanaşmaya görə, azad bazar şəraitində insanlar sərbəst seçim edə bilir və istədikləri kimi toylarını, yaslarını keçirə, eyni zamanda istədikləri kimi alış-veriş edə bilərlər. Bu sahəyə inzibati müdaxilə etmək doğru sayılmır və insanların necə yaşamaq istədiyinə qarışılmamalıdır.
İkinci yanaşma isə belədir ki, burada ədalət prinsipi pozulur. Belə ki, maddi imkanı yaxşı olan şəxslər təmtəraqlı toy, yas və digər mərasimlər keçirir. Bu isə bir tərəfdən israfa yol açır, digər tərəfdən isə sosial ədalətsizlik yaradır. Çünki daha az imkana sahib olan insanlar bunu edə bilmir və nəticədə özlərini "əzgin" hiss edə bilirlər. İmkanı olanların bu cür təmtərağı dəbə çevirməsi digərlərini də həmin səviyyəyə çatmaq üçün borca, xərclərə və kreditə girməyə sövq edir. Bu isə cəmiyyətdə disbalans yaradır.
Mən ikinci yanaşmanı dəstəkləyirəm. Hesab edirəm ki, cəmiyyətdə müəyyən balans yaradılmalıdır. Təbliğ olunmalıdır ki, təmtəraqlı toy, ad günü, yas və digər mərasimlərin keçirilməsi insanın dəyərini müəyyən etmir. İnsanı dəyərli edən başqa faktorlardır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1158 Tarix: 07 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrPensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər
20 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabr