Məxfi sənədlərin Qara bağı
İllərlə tamaşaçı rəğbətini qazanan və reytinqlərdə birinci olan "XX yüzillik. Faktlar, hadisələr və insanlar" verilişindən sonra İctimai Televiziyada yeni üslubda bir layihə başlayıb. Müsəllim Həsənovun təqdimatında efirə çıxan "Qara bağ" sənədli serialı adından da göründüyü kimi, əsasən Qarabağ bölgəsinin tarixindən bəhs edir. Bütün tarixi, sənədli filmlər və layihələr kimi "Qara bağ" sənədli serialı arxiv sənədləri, müəllifin araşdırmaları üzərində qurulub. Layihədə arxivlərdə indiyədək araşdırılmayan, gizli qalan və ya qalmağa məhkum edilən bir çox həqiqətlər gün üzünə çıxacaq. Tozlu sənədlərin qara bağlarını açaraq əsl tarixi ictimaiyyətə çatdırmağı hədəfləyən layihənin görünən tərəfi qədər, kadrarxasında çalışan yaradıcı qrupun zəhməti də bu işin uğurla ərsəyə gəlməsində xüsusi paya malikdir. "Qara bağ"çılar tamaşaçının görüşünə yeni tərtibatda və fərqli quruluşda studiya ilə gəlib. Bir neçə çəkiliş meydançasını özündə birləşdirən pavilyon yeganə çəkiliş məkanıdır.
Nəzərə alsaq ki, arxiv sənədləri ilə, yeni həqiqətlərlə Azərbaycan tamaşaçısını tanış etmək niyyətində olan "Qara bağ" layihəsi hər bir seriyasında tarixin qaranlıq səhifələrinə əsasən qrafik üslubda işlənən animasiyalarla, canlandırılmış tarixi obrazlarla və sənədlərlə işıq salacaq. Auditoriyanı həm də bilgiləndirməyi hədəfləyən layihənin həmmüəllifi daha əvvəl həmin televiziyada "XX yüzillik. Faktlar, hadisələr və insanlar" verilişini çəkən rejissor Elçin Qasımovdur. Tamaşaçını yormadan tarixi araşdıran müəlliflər bunun üçün studiyada 7 çəkiliş meydançası qurub. Serialın forma və məzmun vəhdəti, yəni arxiv sənədlərinin ekran həlli məhz həmin pavilyonlarda lentə alınan görüntülərlə mümkün olur. O dövrə aid görüntülərin demək olar ki, yoxluğu, həqiqətin izləyiciyə necə çatdırılacağı ilə bağlı ilkin mərhələdə müəyyən tərəddüdlər yaratsa da, layihənin ümumi yanaşması və rejissor həlli bu suallara praktik cavab təqdim edir. Arxiv materiallarının məhdudluğu fonunda tarixi məzmunun yenidən qurulması əlavə diqqət və araşdırma tələb edir.
Sənədli serialda ən kiçik detalın belə xüsusi incəliklə düşünülüb planlaşdırıldığı ilk kadrdan aydın olur. İşıqlandırmanın atmosferi tamamlaması, kameranın hərəkət dinamikasının incəliklə qurulması və səhnə keçidlərinin ritminin qorunması bu diqqətin əsas göstəricilərindəndir. Bütün bunlar göstərir ki, layihənin ərsəyə gəlməsində çox böyük yaradıcı qrupun zəhməti var.
Demək olar ki, bu layihədə kino sənəti ilə televiziya verilişi vəhdət daşıyır. "Qara bağ" layihəsi də, yəqin, "XX yüzillik" kimi öz tamaşaçısını, öz auditoriyasını tez bir zamanda qazanacaq, hər həftənin bazar günü insanları ekran başına toplaya biləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər