"Sumqayıt"ın baş məşqçisi futbolçusu ilə əlbəyaxa dava edib
"Sumqayıt"ın baş məşqçisi Saşa İliçlə oyunçular arasında ciddi problemlər yaranıb.
Sonxeber.az Futbolinfo.az-a istinadən xəbər verir ki, serb mütəxəssis yarımmüdafiəçi Səbuhi Abdullazadədən narazıdır və mətbuat konfransında bunu açıq şəkildə dilə gətirib.
Amma kapitan onunla problem yaşayan yeganə futbolçu deyil. Digərləri də İliçlə müxtəlif insidentlər yaşayıb.
Ən böyük problem Danilo Beskorovaynıyla bağlıdır. Ukraynalı müdafiəçi ilə münasibətlər hətta dava-dalaş həddinə çatıb. "Sabah"la oyundan sonrakı məşqlərdən birində legioner oyunçu çalışdırıcı ilə əlbəyaxa olub. Qarşılıqlı ittihamlardan sonra tərəflər sakitləşdirilib. Bunun nəticəsidir ki, Beskorovaynıy son turun "Neftçi" ilə oyununda meydana buraxılmayıb. O, sonadək oyunu ehtyatda izləyib.
Yayda İliç komandada qalsa, ukraynalı ilə yollar ayrılacaq. Amma böyük ehtimal məhz serb məşqçinin yola salınacağıdır.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 726 Tarix: 09 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy
17 sentyabr"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub
"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub. Bu barədə -a klubdan məlumat verilib. Futbolçu ölkəsinin yığmasının sentyabrın 25-də səfərdə Toqo, 29-da isə doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan heyətinə daxil edilib. Forvard sentyabrın 21-də
9 sentyabrXames Rodriges karyerasını İtaliyada davam etdirə bilər
İspaniyanın "Real" və Almaniyanın "Bavariya" (Münhen) klublarının sabiq yarımmüdafiəçisi Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər. "Marca"ya istinadən xəbər verir ki, B Seriyası təmsilçisi "Avellino" 35 yaşlı kolumbiyalı yarımmüdafiəçiyə 1 illi
9 sentyabr"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib
"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib
17 sentyabr"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli
16 sentyabrElvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabr