Keyfiyyətsiz məhsul alan vətəndaş hansı hüquqlara malikdir? - AÇIQLAMA
Gündəlik alış-veriş zamanı vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri də keyfiyyətsiz və ya qüsurlu məhsulların satılmasıdır.
Belə hallarda bir çox insan hansı hüquqlara malik olduğunu bilmədiyi üçün ya zərərə düşür, ya da hüququnu tələb etməkdən çəkinir.
Bəs görəsən keyfiyyətsiz məhsul alan vətəndaş hansı hüquqlara malikdir?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açqılama verib:
"Azərbaycan qanunvericiliyinə əsasən istehlakçıların hüquqları "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunla qorunur və keyfiyyətsiz məhsul alan vətəndaş bir sıra seçim hüquqlarına malikdir.
İlk növbədə, vətəndaş aldığı məhsul qüsurlu olduqda satıcıdan məhsulun dəyişdirilməsini tələb edə bilər. Əgər eyni məhsul mövcud deyilsə, alternativ məhsulla əvəz olunması da mümkündür.
İstehlakçı eyni zamanda məhsulun qiymətinin azaldılmasını tələb etmək hüququna malikdir. Bu, əsasən məhsuldakı qüsurun aradan qaldırılması mümkün olduqda və alıcı məhsulu qaytarmaq istəmədikdə tətbiq olunur.
Bundan əlavə, vətəndaş məhsulun pulsuz təmir edilməsini tələb edə bilər. Təmir mümkün olmadıqda və ya məqsədəuyğun sayılmadıqda isə alıcı müqavilədən imtina edərək ödədiyi məbləğin geri qaytarılmasını tələb edə bilər.
Qanunvericiliyə görə, məhsulda qüsur aşkar edildiyi halda istehlakçı bu tələbləri müəyyən edilmiş müddət ərzində irəli sürməlidir. Əksər hallarda bu müddət məhsulun zəmanət dövrü ilə müəyyən olunur.
Belə hallarda vətəndaş mütləq şəkildə çek, qəbz və ya alış sənədini saxlamalıdır. Bu sənədlər hüquqların müdafiəsi zamanı əsas sübut kimi çıxış edir.
Əgər satıcı istehlakçının qanuni tələblərini yerinə yetirməkdən imtina edərsə, vətəndaş müvafiq icra orqanlarına və ya məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilər.
İstehlakçılar bilməlidir ki, keyfiyyətsiz məhsulla qarşılaşdıqda seçim hüququ yalnız satıcıya deyil, məhz alıcıya məxsusdur və bu hüquqlar qanunla qorunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 636 Tarix: 09 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021