Dəm qazından zəhərlənən iki uşaq ailədən alındı
Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib.
Sonxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Yeni Sabah"a bildirib.
Onun sözlərinə görə, uşaqlar nəzarət altında saxlanılır: "Dövlət Komitəsinin nümayəndələri, sosial işçilər və psixoloqlar, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyəti qiymətləndiriblər. Zərərçəkmiş uşaqlardan ikisi dövlət müəssisəsinə yerləşdirilib və onların sağlamlıq vəziyyəti mütəmadi olaraq ekspertiza edilir".
Şöbə müdiri deyib ki, hüquq-mühafizə orqanları uşaqların dəm qazından zəhərlənməsi faktı üzrə cinayət işi açıb, araşdırmalar aparılır: "Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İctimaiyyət də bu barədə məlumatlandırılacaq. Eyni zamanda, uşaqların sağlamlığı və sosial təminatı ilə bağlı bütün zəruri tədbirlər dövlət qurumları tərəfindən həyata keçirilir. Bu prosesə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də uşaqların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən komissiya və digər aidiyyəti qurumlar cəlb olunub",- E.Səfərov vurğulayıb.
Dövlət müəssisəsinə yerləşdirilən uşaqlar Sumqayıt Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsində müalicə olunurdular.
Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 9 uşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib. Zəhərlənən uşaqlar Sumqayıt Tibb Mərkəzi və Bakıdakı Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına yerləşdirilib. Aprelin 3-də 2 yaşlı qız ölüb.
Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-sinin müalicəsi isə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında davam etdirilirdi. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən bir nəfərin vəziyyəti isə ağır stabildir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1011 Tarix: 09 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL İdarə Heyətinin sədri aviabiletlərin qiymətlərindən DANIŞDI
"Biz sözsüz ki, daim sərnişinlərimizin narahatlığını tam şəkildə anlayırıq və çalışırıq ki, bu mövzuda dəstək olaq. Mövzu bizim diqqətimizdən yayınmır. Amma hesab edirəm ki, AZAL-ı aşağı büdcəli aviaşirkətlərlə müqayisə etmək doğru yanaşma deyil. Çünki AZAL bir şirkət olaraq özünü aşağı büdcəl
23 mayCəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək
"Cəbrayıl rayonu ərazisində yaradılan "Ağıllı Tingçilik Mərkəzi" regionda meşə bərpasına mühüm töhfə verəcək. Layihə çərçivəsində il ərzində 2 milyon ədədə qədər ağac tinginin yetişdirilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılo
24 mayBu universitetin qapısı möhürləndi, tələbələr ayağa qalxdı
Türkiyədə İstanbul Bilgi Üniversitesi ilə bağlı qalmaqallı qərar gündəm olub. xarici mediaya istinadla xəbər verir ki, Prezident Recep Tayyip Erdoğanın imzaladığı və "Resmi Gazete"də yayımlanan qərara əsasən universitetin fəaliyyət icazəsi ləğv edilib. Bundan sonra universitetin kampus qapısın
22 mayƏtin qiyməti 39 manata QALXDI
"Ətin maya dəyərinin hazırda yüksəlməsi və ölkəmizdə istehsal olunan ətin yerli tələbatı tam ödəməməsi səbəbindən qiymət artımı müşahidə olunur. Bununla yanaşı, inflyasiya, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, eləcə də logistika və idxal xərclərinin artması da qiymətlərə təsi
23 mayBakıda tramvay xətlərinin istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
Biz şəhərdə ictimai nəqliyyata fokuslanmışıq və bunun üçün əlimizdən gələni edirik. "AzPolitika" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib. O bildirib ki, hər gün 2300 avtobu
24 mayTəkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
Əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir
23 mayBu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
Bəzi ölkələrdə sürücülük vəsiqələrinin yaşa uyğun şəkildə yenilənməsi və yaşlı sürücülər üçün tibbi nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldığı bir vaxtda, Azərbaycanda da bu istiqamətdə müəyyən qaydalar artıq tətbiq olunur. Mövcud qanunvericiliyə əsasən, 60 yaşdan yuxarı şəxslər üçü
23 may