"Bu tip əmlaklar çıxarışla təmin oluna bilmir" - AÇIQLAMA
"Vətəndaşlar fərdi yaşayış evləri alarkən ilk növbədə sözügedən evin sənədinə diqqət etməlidirlər. Əmlakın çıxarışının olması mütləqdir. Digər tərəfdən, hazırda paytaxt Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi mövcuddur ki, yaxın gələcəkdə onların bir hissəsinə çıxarışların verilməsi gözlənilir. Lakin, digər tərəfdən qadağan olunmuş ərazilərdə inşa edilmiş fərdi yaşayış evləri də var ki, bu tip əmlaklara qanunvericiliyə uyğun olaraq çıxarışların verilməsi mümkün deyil".
Bu sözləri Sonxeber.az-a əmlak eksperti Elnur Fərzəliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, bunlara daha çox yüksək gərginlikli elektrik xətlərinin altında, neft boru kəmərlərinin ətrafında və digər kommunikasiya xətlərinə yaxın məsafədə inşa olunmuş fərdi yaşayış evləri daxildir:
"Bu tip əmlaklar çıxarışla təmin oluna bilmir. Hər hansı fərdi yaşayış evi alarkən əlavə olaraq tikintinin keyfiyyətinə də diqqət yetirilməlidir. Əgər tikilən yaşayış evinin bünövrəsi yoxdursa və ya qısa müddət ərzində inşa olunubsa, bu tip əmlaklar müəyyən vaxtdan sonra deformasiyaya uğraya bilər.
Başqa bir tərəfdən, xüsusilə Abşeron ərazisində bir zamanlar çox sayda kiçik göllər və qamışlıq ərazilər olub ki, həmin sahələrin böyük bir hissəsi qurudularaq fərdi yaşayış evləri ilə əvəzlənib. Bu tip ərazilərdə torpaqların çökməsi digər ərazilərlə müqayisədə daha qısa müddətdə müşahidə oluna bilər.
Bu baxımdan, fərdi yaşayış evləri alarkən ilk növbədə evin sənədinə, yerləşməsinə və tikintinin keyfiyyətinə diqqət yetirilməlidir. Əks halda gələcəkdə subasma, zəlzələ və ya digər təbii fəlakətlər zamanı bu tip evlər daha çox zərər görə bilər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 964 Tarix: 10 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021