50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri
Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanın özünə inamını artırır.
Lent.az bu saç kəsimlərini təqdim edir:
Hansı saç kəsimləri insanı daha yaşlı göstərir?
Yaş artdıqca düzgün seçilmiş saç düzümü sadəcə stil elementi deyil, eyni zamanda ideal görünüş yaratmaq üçün vacib bir vasitəyə çevrilir. Bəzi saç modelləri üz cizgilərini daha gözəl göstərərək cavanlaşdırıcı effekt verir, digərləri isə əksinə, əlavə yaş görüntüsü yaradır və ümumi görünüşü ağırlaşdırır. Məhz buna görə 50 yaşdan sonra hansı saç düzümü seçimlərindən uzaq durmaq lazım olduğunu bilmək vacibdir.
Həddindən artıq qısa saç kəsimi
Çox qısa və kəskin xətləri olan saç kəsimləri yaşla bağlı dəyişiklikləri daha çox ön plana çıxara bilər. Bu cür modellər üzü tam açaraq qırışları və dərinin elastikliyinin azalmasını daha çox göstərir. Bundan əlavə, belə saç düzümü insana daha sərt və ağır görünüş verə bilər. Daha yumşaq və teksturalı saç modellərinə üstünlük vermək daha yaxşıdır.
Həcmsiz uzun düz saçlar
Çox uzun, qatlanması olmayan və həcmsiz saçlar üzü daha ağır göstərə bilər. Yaş artdıqca saçlar incəldiyi üçün belə model saçın seyrəkləşməsini daha çox vurğulayır və ümumi görünüşü yorğun göstərir. Ən yaxşı seçim - orta uzunluqda, yüngül qatlı və hərəkət verən saç düzümüdür.
Klassik, tam düz və teksturasız kare
Tam düz kəsilmiş və həcmsiz kare saç modeli çox statik görünə bilər. Bu model çənə və boyun nahiyəsini daha çox vurğulayır ki, bu bölgələr yaşla dəyişir və nəticədə insanı daha yaşlı göstərə bilər. Daha müasir, qatlı və ya yüngül asimmetrik karrə modelləri isə görünüşü daha gənc və dinamik edir.
Saç kəsimi seçərkən nələrə diqqət etmək lazımdır?
50 yaşdan sonra saç düzümündə həcm və hərəkət yaradan modellərə üstünlük verilməlidir. Yumşaq xətlər, təbii görünüş və bir qədər səliqəli "dağınıqlıq" obrazı daha gənc və təravətli göstərir.
Bundan əlavə, saçın quruluşu və üz forması da nəzərə alınmalıdır ki, seçilən saç modeli həqiqətən uğurlu olsun.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 797 Tarix: 10 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrPis yuxu insan beynini qocaldır?
"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm
13 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrÖzünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın
13 sentyabrBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15 sentyabrTelevizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabr