Mal ətinin müntəzəm istehlakı gənc qadınlarda yaddaşı gücləndirir

Mal ətinin müntəzəm istehlakı gənc qadınlarda yaddaşı gücləndirirMüntəzəm olaraq mal əti qəbul etmək gənc qadınlarda yaddaşı, diqqəti və vizual məlumatların beyin tərəfindən emalı sürətini yaxşılaşdırmağa kömək edə bilər.

Oxu.Az xəbər verir ki, Texas A&M Universitetinin Qidalanma və Diyetologiya fakültəsinin tədqiqatçıları bu nəticəyə gəliblər. Elmi işin nəticələri "Frontiers in Nutrition" nəşrində dərc olunub.

Tədqiqatçılar qeyd edirlər ki, reproduktiv yaşda olan qadınlar arasında dəmir çatışmazlığı geniş yayılmış problem olaraq qalır. Bu element oksigenin daşınmasında, neyromediatorların sintezində və sinir sisteminin fəaliyyətinin dəstəklənməsində mühüm iştirak edir. Buna görə də dəmir çatışmazlığı koqnitiv funksiyalara mənfi təsir göstərə bilər.

Alimlər mal ətinin faydalarını belə izah edirlər:

"Mal əti dəmirin ən təsirli qida mənbələrindən biri hesab olunur, çünki onun tərkibində asan mənimsənilən formada dəmir var. Bundan əlavə, ətin tərkibində yaddaş və diqqətin qorunması ilə əlaqəli olan B12 vitamini, sink, xolin və kreatin kimi maddələr mövcuddur".

30 günlük tədqiqat çərçivəsində sağlam gənc qadınlardan ibarət bir qrup hər gün 85 qramlıq mal əti kotleti yeyib. Nəzarət qrupu isə oxşar makronutriyent miqdarına malik, lakin soya əsaslı tərəvəz kotletləri ilə qidalanıb.

İştirakçıların koqnitiv funksiyaları üçölçülü məkanda hərəkət edən obyektləri izləmək bacarığını ölçən "Neurotracker" testi vasitəsilə qiymətləndirilib. Təhlillər göstərib ki, mal əti yeyən iştirakçılar vizual-məkan qavrayışında və məlumatların emalı sürətində nəzərəçarpacaq irəliləyiş nümayiş etdiriblər.

Maraqlıdır ki, koqnitiv göstəricilərin yaxşılaşması qanında dəmir səviyyəsi əhəmiyyətli dərəcədə dəyişməyən iştirakçılarda da müşahidə olunub. Bu, müsbət təsirin yalnız dəmirlə deyil, həm də mal ətinin tərkibindəki digər qida maddələrinin kompleksi ilə əlaqədar ola biləcəyini göstərir.

Müəlliflər qeyd edirlər ki, ən kəskin irəliləyişlər əvvəlcədən dəmir səviyyəsi aşağı olan qadınlarda qeydə alınıb. Lakin nəticələri tam təsdiqləmək üçün daha uzunmüddətli və ciddi nəzarət edilən araşdırmalara ehtiyac var.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 125   Tarix: 10 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük Britaniyada dəhşətli şəraitdə saxlanılan 250 it xilas olundu

Böyük Britaniyanın Nottingem şəhərində bir evdən dəhşətli şəraitdə saxlanılan və ömründə heç vaxt bayıra çıxarılmayan 250 pudel cinsli it xilas edilib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Heyvanları xilas edən əməkdaşlar evdə gördükləri mənzərəni belə təsvir ediblər:

9 aprel
.

Qızın nadir xəstəliyini süni intellekt tapdı

Uelsin Kardiff şəhərindən olan Fibi Tesorier öz ağır vəziyyətinin səbəbini bir neçə il ərzində həkimlərin simptomlarını sadəcə narahatlıqla əlaqələndirməsindən sonra ChatGPT çat-botu vasitəsilə müəyyən edə bilib. xarici KİV-ə istinadla bildirir ki, qızın vəziyyəti sürətlə pisləşməyə başlayanda o, sün

7 aprel
.

Sultan Süleymanla bağlı etdiyi zarafat onu həbsə apardı

Türkiyədə tanınmış komediyaçı Tuba Ulu səhnədə səsləndirdiyi ifadələrə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. türk mediasna istinadən xəbər verir ki, Ulu stand-up çıxışı zamanı Osmanlı hökmdarı Qanuni Sultan Süleyman barədə səsləndirdiyi zarafata görə "tarixi, milli və mənəvi dəyərlər

9 aprel
.

Ayaqqabını nəm salfetlərlə silməyin

Nəm salfetlər ayaqqabını tez təmizləmək üçün rahat üsul kimi görünsə də, əslində onlar faydadan çox zərər verə bilər. Bu cür salfetlər ayaqqabı materialını quruda və zədələyə bilər. xarici mediaya istinadən xəbər verir ki, çoxları küçəyə çıxmazdan əvvəl ağ krossovkada ləkə gördükdə onu tez nəm salfetl

8 aprel
.

Böyük Britaniyada vəftiz mərasimi zamanı faciə: Pastor qadın kişini suda boğub

Böyük Britaniyada vəftiz mərasimi zamanı bədbəxt hadisə baş verib. "AP News" nəşrinə istinadla xəbər verir ki, mərasimi icra edən qadın pastor Robert Smit adlı şəxsin ölümünə səbəb olmaqda ittiham edilir. Faciə 8 oktyabr 2023-cü ildə Birminhemdə yerləşən şəxsi evin arxa həyətində baş verib

10 aprel
.

Çox insan səhv başa düşür: 5G-dəki "G" nə deməkdir?

Mobil internetdən demək olar ki, hər kəs istifadə etsə də, çox az insan 4G və 5G kimi göstəricilərdəki "G" hərfinin nə demək olduğunu düşünür. Texnologiya sahəsi müxtəlif qısaltmalar və terminlərlə zəngindir: məsələn, USB ("Universal Serial Bus") və ya Wi-Fi (əslində qısaltma deyil)

7 aprel
.

"Dünyanın ən gözəl qızıdır" - İndi 25 yaşı var - FOTOlar

"Dünyanın ən gözəl qızı" kimi tanınan model Tilan Blondo 25 yaşını xüsusi paylaşımla qeyd edib. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, məşhur model yeni yaşını sosial şəbəkədə uşaqlıq fotosu paylaşaraq elan edib. Onun bu paylaşımı izləyicilər arasında böyük maraq doğurub. Modelli

8 aprel
.

Uşağı qışqırmadan 15 dəqiqəyə məktəbə necə yola salmaq olar?

Məktəbli olan ailələrdə səhər saatları çox vaxt yarış startını xatırladır: səs-küy, tələskənlik və vaxtın çatmadığı hissi. Demək olar ki, hər valideyn ən azı bir dəfə uşağı öz-özünə hazır edən "sehrli düymə"nin olmasını arzulayıb. xarici mediaya istinadən xəbər verir ki, səhər xaosu qaçılma

10 aprel
.

Xarab olmayan Çin avtomobilləri - Adları AÇIQLANDI

"J.D. Power" 2025-ci ilin may-dekabr ayları ərzində 21,1 min yeni elektromobil və hibrid avtomobil sahibini sorğulayıb. Bu zaman 14 kateqoriya üzrə 100 avtomobilə düşən ən az problemə malik modellər müəyyən edilib. xəbər verir ki, kiçik elektromobillər seqmentində ən yaxşı model "Wulin

8 aprel