Həddindən artıq düşünmək hansı psixoloji səbəblərdən yaranır? - AÇIQLAMA
Gündəlik həyatın sürətli ritmi, artan məsuliyyətlər və qeyri-müəyyənliklər bir çox insanı eyni düşüncələr ətrafında ilişib qalmağa vadar edir.
Bəzən adi analiz kimi başlayan bu proses zamanla idarəolunmaz hala gəlir və "həddindən artıq düşünmək" kimi tanınan psixoloji vəziyyətə çevrilir.
Bəs görəsən həddindən artıq düşünmək hansı psixoloji səbəblərdən yaranır və bunun qarşısını necə almaq olar?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Bunun əsas səbəbləri adətən daxili narahatlıqlar və emosional yüklə bağlıdır. Ən çox rast gəlinən səbəblərdən biri narahatlıq hissidir. İnsan gələcəklə bağlı qeyri-müəyyənlik yaşadıqda, beyin mümkün bütün ssenariləri düşünərək özünü "hazırlamağa" çalışır. Lakin bu proses əksinə, insanı daha da gərginləşdirir.
Digər mühüm səbəb isə nəzarət ehtiyacıdır. Hər şeyi idarə etmək istəyən insanlar qərarlarının mükəmməl olmasına çalışır və nəticədə eyni mövzunu dəfələrlə analiz edirlər. Bu da qərarsızlıq və daxili yorğunluq yaradır. Keçmiş travmalar və ya uğursuz təcrübələr də bu halı gücləndirə bilər - insan eyni səhvi təkrarlamaqdan qorxduğu üçün düşüncələrindən çıxa bilmir.
Bunun qarşısını almaq üçün ilk addım düşüncələrin fərqinə varmaqdır. İnsan anlamalıdır ki, düşünmək və həddindən artıq düşünmək eyni şey deyil. Özünə "Bu düşüncə mənə fayda verir, yoxsa sadəcə məni yorur?" sualını vermək faydalıdır.
Praktik olaraq isə diqqəti yönləndirmək çox effektiv üsuldur. Fiziki fəaliyyət, gündəlik planlama və ya zehni məşğul edən fəaliyyətlər məsələn, oxumaq, yazmaq və.s.aşırı düşünmənin qarşısını alır. Eyni zamanda, düşüncələri yazmaq da rahatlaşdırıcı təsir göstərir.
Əgər bu hal uzun müddət davam edirsə və insanın gündəlik həyatına təsir edirsə, psixoloji dəstək almaq vacibdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1102 Tarix: 10 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021