Mingəçevir Dövlət Universiteti ilə "Rabitəbank" ASC arasında əməkdaşlıq memorandumu imzalanıb
2026-cı ilin 9 aprel tarixində Mingəçevir Dövlət Universiteti ilə "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanması ilə əlaqədar olaraq MDU-nun rektoru Anar Eminovnun rəhbərlik etdiyi nümayəndə heyəti "Rabitəbank" ASC-nin baş ofisində olub.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib, universitet-sənaye əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə rektor Anar Eminov və "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov arasında əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.
İmzalanmış Memorandum universitet ilə bank sektoru arasında əməkdaşlığın inkişaf etdirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyır.
Sənədə əsasən, əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir:
• maliyyə savadlılığı, bankçılıq və rəqəmsal maliyyə sistemləri üzrə seminar və təlimlərin keçirilməsi;
• birgə sosial və innovativ layihələrin həyata keçirilməsi;
• informasiya texnologiyaları, kibertəhlükəsizlik və fintech sahələrində əməkdaşlıq, o cümlədən təlim, hackathon və yarışların təşkili;
• məzunların məşğulluğunun artırılması məqsədilə karyera günlərinin təşkili, işə qəbul prosesinə dəstək və peşəkar inkişaf üzrə konsultasiyaların keçirilməsi.
Görüş çərçivəsində həmçinin, MDU-da yeni yaradılan "Tədqiqat Mövzu Hovuzu Platforması"na bank və bankçılıq, eləcə də rəqəmsal həllər sahəsinə aid real mövzuların təqdim olunması, bu mövzular üzrə elmi rəhbərlərin təyin edilməsi, eləcə də müvafiq ixtisas fənləri üzrə tədris proqramlarının təkmilləşdirilməsi, praktik yönümlü modulların genişləndirilməsi və sənaye tələblərinə uyğun kurikulumların formalaşdırılması kimi məsələlər də müzakirə olunub.
Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsinə, onların peşəkar inkişafına və müasir əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmasına mühüm töhfə verəcək.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər