Əfsanəvi məşqçinin son sözləri: Həkim Luçesku ilə təsirli söhbətini açıqladı
Buxarest Universitet Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Draqos Vineryanu əfsanəvi məşqçi Mirça Luçeskunun son günləri və onunla apardığı təsirli söhbət barədə danışıb.
Oxu.Az xəbər verir ki, həyatını idmana həsr edən mütəxəssis ömrünün son anlarını məhz yaşıl meydanlarda keçirmək arzusunda olub.
"O mənə müraciət edərək sadəcə futbol meydançasında ölmək istədiyini bildirdi. Onun tam səmimi olduğunu və taleyi ilə müəyyən mənada barışdığını hiss edirdim. O, daim meydandan kənarda qalmağın peşmançılığını yaşayırdı, çünki bütün həyatı orada keçmişdi", - deyə həkim vurğulayıb.
Şöbə müdiri məşqçinin futbola bağlılığını bu sözlərlə ifadə edib:
"O dayanmadan "məni oyuna buraxın" deyirdi. Fikrimcə, o bu arzusunu hamıya çatdırmışdı və hamı bunu bilirdi. Özünü peşəsinə, bütöv nəsillərin yetişməsinə və futbola həsr edən bu şəxs, sözün əsl mənasında, futbolun dirijoru idi".
Xatırladaq ki, martın 29-da Slovakiya ilə qarşılaşmadan öncə futbolçularla görüş zamanı huşunu itirən Luçesku, milli komandanın düşərgəsindən təcili olaraq birbaşa Universitet Xəstəxanasına yerləşdirilmişdi.
Xəstəxanada on gün davam edən müalicə prosesində o, infarkt keçirib. Aprelin 5-də səhhətinin kəskin pisləşməsi səbəbindən Reanimasiya şöbəsinə köçürülən əfsanəvi məşqçi, cəmi iki gün sonra həyata gözlərini yumub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 796 Tarix: 11 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c
16 sentyabr"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy
11 sentyabr"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12 sentyabr"Qalatasaray" üç futbolçusunu komandadan göndərir
Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin
13 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabr"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb
"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub
10 sentyabrPSJ Mbappedən 60 min avro təzminat alacaq
"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl
16 sentyabr