Uşaqlar nə qədər yatmalıdır?
Hamı "uşaq yuxuda böyüyür" deyimini bilir, amma nədənsə çox az adam bunu tibbi fakt kimi qəbul edir. Valideynlər rejim xatirinə uşağı səhər tezdən oyadır, sonra isə günortaya yaxın əsəbiliyə təəccüblənirlər. Əslində uşaqlıqda xroniki yuxu çatışmazlığı sadəcə kapriz deyil bu, beyin inkişafının ləngiməsi deməkdir.
Lent.az xəbər verir ki, yuxu üzrə mütəxəssislər xəbərdarlıq edir. Müasir uşaqlar 20 il əvvəlki yaşıdları ilə müqayisədə gündə orta hesabla 2 saat az yatırlar. Bunun səbəbi qadcetlər, əlavə məşğələlər və "az yatıb çox iş görmək" anlayışıdır. Amma uşaq orqanizmi batareya deyil onu nə qəhvə, nə də iradə ilə "doldurmaq" mümkün deyil. Yuxusuz qalan uşaq daha zəif öyrənir, daha tez-tez xəstələnir və daha çox narahat olur. Bu, qorxutmaq deyil, dünya üzrə aparılan tədqiqatların nəticəsidir.
Uşaqlar nə qədər yatmalıdır?
Yeni doğulanlar (0-3 ay) 14-17 saat yatır və bu yuxu 2-3 saatlıq hissələrə bölünür, bu tam normaldır. 4-11 aylıq körpələr 12-15 saat yatır və bunun 9-10 saatı gecə yuxusudur. 1 yaşa yaxın ümumi yuxu müddəti 13-14 saat olur və gündüz yuxuları tədricən azalır. 1-3 yaş arası uşaqlara 12-13 saat yuxu lazımdır. 3 yaşdan sonra isə 10-12 saat yuxu və gündüz bir dəfə yatmaq tövsiyə olunur. 7-10 yaşlı uşaqlar üçün 10-11 saat yuxu vacibdir. 14-17 yaş arası yeniyetmələrə isə 8-10 saat yuxu lazımdır, lakin bu dövrdə bioloji ritmlər dəyişir və gec yatmaq istəyi artır. Yuxu çatışmazlığı uşağın orqanizminə ciddi təsir edir. Hər itirilmiş saat immun sisteminə, yaddaşa və iştahaya mənfi təsir göstərir. Stress hormonu kortizol artır, melatonin isə azalır, nəticədə uşaq daha çətin yuxuya gedir. Araşdırmalar göstərir ki, az yatan uşaqlarda artıq çəki riski iki dəfə çoxdur, çünki hormon balansı pozulur. Yuxu yaddaş üçün də vacibdir. Uşaq yatarkən beyin informasiyanı qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürür.
Yuxu az olduqda bu proses pozulur və öyrənilən məlumat tez unudulur. Emosional vəziyyət də dəyişir. Yorğun uşaq özünü idarə etməkdə çətinlik çəkir, tez əsəbiləşir. Bu, tərbiyə problemi deyil, yorğunluğun nəticəsidir. Düzgün rejim yaratmaq üçün ilk növbədə ritual vacibdir. Hər gün eyni vaxtda eyni hərəkətləri etmək (diş yumaq, kitab oxumaq və s.) beynə yuxu siqnalı verir. Yatmazdan əvvəl ekranlardan uzaq durmaq lazımdır, çünki onların işığı melatonin istehsalını azaldır. Otaq temperaturu 18-20 dərəcə olmalıdır sərin mühitdə yuxuya getmək daha asandır.
Hər gün eyni saatda oyanmaq da vacibdir, bu, bioloji saatı tənzimləyir. Uşaq yuxusu həftəsonu rejim dəyişikliklərini "sevmir", çünki bu, bütün növbəti həftəyə mənfi təsir göstərə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 570 Tarix: 12 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabr