Kürd siyasətçi İraqın yeni prezidenti seçildi
İraq parlamenti ikinci tur səsvermədə Nizar Amidini yeni prezident seçib.
Oxu.Az xəbər verir ki, 329 yerlik parlamentdə 227 səs toplayan Amidi bu vəzifəyə seçilib. Səsvermədə ümumilikdə 229 deputat iştirak edib.
Məlumata görə, 2003-cü ildən sonra formalaşan siyasi sistemə əsasən prezident kürd partiyalarının namizədləri arasından seçilir. Bu seçkidə Kürdüstan Demokrat Partiyası Fuad Hüseynini, Kürdüstan Yurdsevərlər Birliyi isə Nizar Amidini namizəd göstərib.
17 namizədin iştirak etdiyi seçkidə Amidi qalib gəlib və parlamentdə and içərək səlahiyyətlərinin icrasına başlayıb.
İraq Konstitusiyasına görə, prezidentin səlahiyyət müddəti 4 ildir və o, yalnız bir dəfə yenidən seçilə bilər. Seçkidən sonra prezident 15 gün ərzində ən böyük blokun namizədini hökuməti formalaşdırmaq üçün təyin etməlidir.
Qeyd edək ki, İraqda parlament seçkisi 2025-ci il noyabrın 11-də keçirilib, lakin siyasi razılaşma əldə olunmadığından hökumət hələ də formalaşdırılmayıb.
Nizar Amidi daha əvvəl Kürdüstan Yurdsevərlər Birliyinin Bağdad ofisinə rəhbərlik edib, həmçinin prezidentin müşaviri və ətraf mühit naziri vəzifələrində çalışıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 440 Tarix: 11 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyıların hücumlarına görə - Komendant saatı elan etdilər
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində ayıların hücumu ilə əlaqədar komendant saatı tətbiq edilib. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, qərarla axşam saat 19:00-dan etibarən insanların küçələrdə, parklarda və meşə massivlərində olması qadağan olunub. Şəhə
18 sentyabrEl-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil
17 sentyabrDonald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr
19 sentyabrKolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub
Kolumbiyada Çoko departamentinin Kondoto şəhərindən Boqotadakı Quaymaral hava limanına uçuş zamanı qəzaya uğrayan Cessna T206 təyyarəsi tapılıb. Təyyarədə olan beş nəfərin hamısı həlak olub. xəbər verir ki, bu barədə 16 sentyabrda ölkə prezidenti Abelardo de la Esperanza X sosial şəbəkəsində məluma
17 sentyabrRusiyada ayılara görə komendant saatı tətbiq edildi
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla
19 sentyabr"Hraparak": Hindistan dronları qalib gəldi
"Bizdə olan məlumata görə, Müdafiə Nazirliyi digər ölkələrdə pilotsuz texnologiyaların inkişafını yaxından izləməyə davam edir. Onlar artıq yerli pilotsuz uçuş aparatları istehsalçıları ilə əməkdaşlıq etsələr də, Ermənistan Silahlı Qüvvələri üçün daha böyük təchizat təmin etmək qərarına gəliblər
19 sentyabrTramp Rusiya neftinə 100% tarif tətbiq edən qanunu imzaladı
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və ona Rusiya enerjisini almağa davam edən ölkələrə tarif tətbiq etmək üçün əlavə səlahiyyət verən qanun imzalayıb. xəbər verir ki, xüsusilə, sənəd Rusiya neft və qazının əsas alıcıları olan ölkələrdən gələn mallara 100%-ə qədər gömrü
19 sentyabr