Bakıda satılan "dinozavr çiyələyi": TƏCİLİ TƏDBİR GÖRÜLMƏLİDİ - VİDEO

Bakıda satılan "dinozavr çiyələyi": TƏCİLİ TƏDBİR GÖRÜLMƏLİDİ - VİDEOSosial şəbəkələrdə çiyələyin tez yetişdirilməsi üçün ona kimyəvi qarışıqlar vurulması ilə bağlı görüntülər yayılıb. Bildirilir ki, oxşar üsullardan kartof, soğan, göyərti, pomidor və digər tərəvəzlərin yetişdirilməsində də istifadə olunur. Çiyələklərin həddindən artıq iri, quru və dadsız olması məhz bu kimyəvi maddələrlə əlaqələndirilir.

Bəs bu dərmanın qanunla tənzimlənən dozası varmı? Qida sahəsindəki bu zəhərlənmə insan orqanizmi üçün hansı fəsadları yaradır?

Globalinfo.az-a danışan qida mütəxəssisi Ağa Salamov deyib ki, hazırda iqlim dəyişiklikləri özünü daha qabarıq şəkildə göstərir.

O bildirib ki, xüsusilə temperaturun artması, fəsillərin yerinin dəyişməsi müşahidə olunur:

"Yəni yazın, yayın və hətta qışın gecikməsi kimi hallar artıq özünü göstərir. Bununla yanaşı, normadan artıq yağışlar, güclü küləklər, ildırımlar kimi ekstremal hava hadisələri də tez-tez baş verir. Bütün bunlar kənd təsərrüfatına birbaşa təsir edir. Fermerlər istədikləri məhsulu əldə etməkdə çətinlik çəkirlər. Bu məqamda müxtəlif pestisid və herbisidlərdən istifadə məsələsi aktuallaşır".

Mütəxəssisin sözlərinə görə, dünyada 50-dən çox preparat qeydiyyatdan keçib ki, onları çiyələklərə vurmaq olar:

"Preparatlar qeydiyyatdan keçsə də, fermerlər onların hamısından eyni şəkildə istifadə etmir. Bu, torpağın vəziyyətindən və yaranan problemlərdən asılıdır. Məsələn, torpaqda zərərvericilər çoxdursa, uyğun pestisidlərdən istifadə edilir. Əgər sahədə alaq otları üstünlük təşkil edirsə, bu zaman herbisidlər tətbiq olunur. Dozanın həddindən artıq olması həm məhsula, həm də insan sağlamlığına ciddi zərər verə bilər. Beynəlxalq standartlara, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normativlərə əməl olunması vacibdir.

AQTA-da ən çox ölkəyə idxal olunan məhsulların pestisid çoxluğunu yoxlamaq üçün analiz aparılır. Lakin daxili bazarda da nəzarət gücləndirilməlidir. Çünki normadan artıq pestisid qalıqları insanlarda allergik reaksiyalar və müxtəlif sağlamlıq problemləri yarada bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 794   Tarix: 11 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

AZAL "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görüldü

"Azərbaycan Hava Yolları" AZAL (QSC) 2026-cı il "World Airline Awards" mükafatları çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, beynəlxalq hava nəqliyyatı reytin

18 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr