"Nikaha daxil olarkən tərəflərdən narkoloji asılılığın olub-olmaması ilə bağlı arayışın tələb edilməsi zəruridir" - AÇIQLAMA
Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının arıtırlması təklif olunur.
Bunu Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov parlamentin plenar iclasında Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O təklif edib ki, nikah bağlanarkən tibbi arayışla yanaşı narkoloji asılılığın olub-olmadığı haqda arayış da tələb edilsin.
Bəs görəsən bu təklifin reallaşmasının nə kimi müsbət tərəfləri ola bilər?
Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a danışıb:
"Nikaha daxil olarkən tərəflərdən narkoloji asılılığın olub-olmaması ilə bağlı arayışın tələb edilməsi olduqca düzgün və zəruri bir addım olardı. Bu təşəbbüs xüsusilə aktualdır, çünki çoxsaylı hallarda ailə qurulduqdan bir neçə il sonra tərəflərdən birinin, daha çox isə kişilərin narkotik asılılığının üzə çıxdığının şahidi olmuşuq. Təəssüf ki, belə vəziyyətlər əksər hallarda ailələrin dağılması ilə nəticələnir.
Hətta ailədə uşaq olsa belə, bu cür problemlər münasibətləri xilas etmir. Çünki narkotik asılılığı olan şəxsi bu vərdişdən çəkindirmək çox çətin, bəzən isə mümkünsüz olur. Real həyatda buna dair kifayət qədər nümunələr var. Məsələn, tanıdığım bir ailədə evlilikdən bir neçə il sonra kişinin narkotik asılılığı üzə çıxmışdı. Vəziyyət o həddə çatmışdı ki, o, evdən həyat yoldaşının qızıllarını oğurlayaraq satır və əldə etdiyi pulla narkotik alırdı. Qadın bu həqiqəti öyrəndikdən sonra ailə dağıldı, baxmayaraq ki, onların bir övladı da var idi.
Bu kimi faktlar göstərir ki, insanı nə qədər yaxşı tanıdığını düşünsən də, bəzən ən vacib məqamlar gizli qala bilir. Məhz buna görə də nikahdan əvvəl belə arayışların tələb olunması sağlam və davamlı ailə institutunun formalaşmasına xidmət edə bilər. Bu addım həm mümkün risklərin əvvəlcədən qarşısını almağa, həm də gələcəkdə ailələrin dağılma ehtimalını azaltmağa kömək edər. Ən azı, tərəflər əvvəldən məlumatlı olar, ya münasibətləri dayandırar, ya da problemin həlli üçün vaxtında addım atarlar.
Bu səbəbdən belə bir təşəbbüsün irəli sürülməsi və həyata keçirilməsi təqdirəlayiqdir və dəstəklənməlidir"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər