Bu laləni dərən vətəndaşlar 700 min cərimələnəcək - VİDEO
Türkiyənin Erzincan şəhərində yerləşən Erzincan Bahçe Kültürleri Araştırma Enstitüsü nəzdində fəaliyyət göstərən ölkənin yeganə tərs lalə kolleksiya bağında nəsli təhlükə altında olan güllər yenidən çiçək açıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, kolleksiya bağında Türkiyənin müxtəlif bölgələrindən toplanmış 34, eləcə də xaricdən gətirilmiş 4 olmaqla ümumilikdə 38 növ tərs lalə mövcuddur. Bu növlərə aid 82 populyasiya qorunur və beləliklə bioloji müxtəlifliyin davamlılığı təmin edilir.
Ziraət mühəndisi Meral Aslay bildirib ki, tərs lalələrin mədəni şəraitə uyğunlaşdırılması və seleksiya işləri 2006-cı ildən etibarən davam edir. Onun sözlərinə görə, yeni bir hibrid növün əldə olunması 4 ildən 7 ilə qədər vaxt aparır və indiyədək 27 hibrid növ namizədi hazırlanıb.
Mütəxəssislər qeyd edirlər ki, tərs lalələrin böyük hissəsi endemikdir və onların qorunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, kolleksiya bağı həm genetik ehtiyatların saxlanılması, həm də elmi tədqiqatlar üçün mühüm rol oynayır.
Rəsmi qurumlar bir daha xatırladır ki, tərs lalələrin təbiətdən icazəsiz toplanması və ölkədən çıxarılması qadağandır. 2026-cı ildən etibarən bu güllərə zərər vuran şəxslərə 700 min lirə məbləğində inzibati cərimə tətbiq olunur.
Hər il qısa müddətli çiçəklənmə dövründə açan bu nadir lalələr, bu il də öz gözəlliyi ilə ziyarətçilərə unudulmaz mənzərə bəxş edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1019 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Quru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabr