Mətbəx dəsmalında gizlənən bakteriyalar- onu düzgün yumağın yolları
Təsəvvür edin: siz axşam yeməyi üçün çiy ət doğradınız. Ola bilər ki, əllərinizi tez silmək və ya tökülmüş sousu qurulamaq üçün dəsmaldan istifadə etdiniz. Əlbəttə, bundan sonra onu yumaq lazımdır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, çox çirklənmiş dəsmallar üçün, xüsusilə çiy ət və ya yumurta ilə təmasdan sonra, isti su seçmək daha yaxşıdır. Bu, mikrobları öldürür və yuyucu vasitələrin daha effektiv işləməsinə kömək edir. Bunu Cənubi Florida Universitetinin ictimai sağlamlıq üzrə dosenti Jill Roberts izah edir. Əgər dəsmal yalnız quru əllər üçün istifadə olunubsa, ilıq su kifayətdir.
"Мüasir parçalar və yuyucu vasitələr isti sudan istifadə etmədən də yaxşı nəticə verir", - House Love və Laundry Love kitablarının müəllifi Patrick Richardson əlavə edir.
"Mən həmişə mətbəx dəsmallarını ilıq suda, qısa proqramda yuyuram və isti sudan qaçıram, çünki bu halda parça daha uzun müddət möhkəm qalır".
Daha çox təhlükəsizlik istəyirsiniz? Ağardıcıdan istifadə edin. O, bakteriyaların demək olar ki, hamısını məhv edir, amma düzgün nisbət vacibdir.
"Bir çox insan çox ağardıcı, az su istifadə edir bu isə effekti azaldır", - Roberts bildirir.
Əgər xlor tərkibli ağardıcı çox aqressivdirsə, oksigen əsaslı ağardıcı seçin. O, parça və rəng üçün daha yumşaqdır, amma yenə də qoxu və çirki effektiv təmizləyir.
"Mən həmişə mətbəx dəsmalları üçün oksigen əsaslı ağardıcıdan istifadə edirəm o təmizləyir və parçaya zərər vermir", - Richardson izah edir.
Dəsmalları digər paltarlarla birlikdə yumaq məntiqli görünə bilər, amma mütəxəssislər bunu tövsiyə etmir.
"Paltarlarınız mətbəx dəsmallarından daha çirkli ola bilər. Onları birlikdə yumaq düzgün deyil ləkələr mikroblardan daha böyük risk yaradır", - Roberts bildirir.
Mətbəx dəsmallarını hamam dəsmalları ilə birlikdə yumaq olar, çünki onların çirklənmə səviyyəsi oxşardır.
Yuma tezliyi onların istifadə məqsədindən asılıdır.
"Əl qurulamaq üçün istifadə olunan dəsmal? Bir neçə gündən bir. Yemək hazırlayarkən, ləkə silərkən və ya səthləri təmizləyərkən istifadə etdiyiniz dəsmallar? Hər istifadədən sonra", - Richardson tövsiyə edir. Xüsusilə islanmış və ya çox çirklənmiş dəsmallar dərhal yuyulmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 532 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabr