Yerə yaxınlaşan 40 min asteroid: Bəzilərinin diametri bir kilometri keçir
Bu günə qədər alimlər hərəkət trayektoriyası Yer planetinə yaxın olan 40 minə qədər asteroid aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun elmi işçisi Nikolay Jeleznov "RİA Novosti"yə açıqlamasında bildirib.
Tədqiqatçının bildirdiyinə əsasən, Günəş sistemində qeydə alınan asteroidlərin sayı 1 milyonu ötüb. Sözügedən kosmik cisimlər fərqli zonalarda dövr etsə də, əksəriyyəti Mars və Yupiter planetləri arasındakı Əsas asteroid qurşağında toplanıb.
Həmçinin Yerə yaxın məsafədən keçən kosmik obyektlər "Yerə yaxın cisimlər" adlandırılaraq xüsusi bir kateqoriyada qruplaşdırılır. Mütəxəssislər tərəfindən yeni səma cisimləri tapıldıqca bu qrupa daxil olanların sayı mütəmadi olaraq çoxalır.
Vurğulanır ki, həmin kateqoriyada fərqli qabaritlərə malik asteroidlər mövcuddur və ən irilərinin diametri 1 kilometri üstələyir. Hərəkət oxu Yer orbiti ilə kəsişən və ya planetimizə 7.5 milyon kilometrə qədər yaxınlaşma ehtimalı olan asteroidlər isə potensial təhlükəli obyektlər qismində qiymətləndirilir.
N.Jeleznov əlavə edib ki, hazırda həmin qrupda yer alan və diametri 1 kilometri keçən 154 kosmik cisim planetimiz üçün potensial təhlükə mənbəyi sayılır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 724 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Televizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrArvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabrRadiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd
14 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabr