Üzdəki piqment ləkələrinin gözlənilməz səbəbi açıqlandı
"Üz dərisində piqment ləkələrinin yaranmasının səbəbi təkcə günəş şüaları deyil, həm də qacet ekranlarından yayılan mavi işıq ola bilər. Bu işıq dəriyə daha dərin nüfuz edərək hüceyrələrin fəaliyyətini pozur".
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Ufa şəhərində yerləşən "Bud Zdorov" klinikasının ali kateqoriyalı dermatoloqu Rina Urazayeva bildirib.
Həkim izah edib ki, dəri rənginə melanin adlı piqment cavabdehdir və onu melanosit adlanan hüceyrələr istehsal edir. Bu hüceyrələrin fəaliyyəti pozulduqda, dəridə əsas tondan daha tünd (hiperpigmentasiya) və ya daha açıq sahələr yaranır.
Piqment ləkələrinin yaranmasına çox vaxt ultrabənövşəyi (UV) şüaların həddindən artıq təsiri səbəb olur. Bu isə melaninin artmasına gətirib çıxarır.
"Biz adətən günəşi günahlandırırıq, amma onun bir "köməkçisi" də var - yüksək enerjili görünən işıq (HEV), yəni mavi işıq. Bu işıq smartfon, planşet ekranları və LED lampalar tərəfindən yayılır. HEV şüalanması UVA şüalarından daha dərinə nüfuz edir və melanin istehsalını aktivləşdirir. Onun yaratdığı piqmentasiya üç aya qədər qala bilər", - deyə Rina Urazayeva bildirib.
Mütəxəssis əlavə edib ki, dəri tonunun qeyri-bərabər olması yanıq izləri, akne, yaşla əlaqəli piqmentasiya və melazma (xloazma) ilə də əlaqəli ola bilər. Bu zaman alın və yanaq sümüklərində simmetrik boz və ya qəhvəyi ləkələr yaranır.
"Bunun səbəbi hamiləlik, kontraseptivlərin qəbulu və ya klimaksla bağlı hormonal dəyişikliklərdir. Bu halda HEV əsas tətikləyici rol oynayır. Dərini qorumaq üçün tərkibində dəmir oksidləri olan tonlaşdırıcı vasitələrdən istifadə etmək lazımdır. Onlar mavi işığı fiziki olaraq bloklayır. Həmçinin gecə saatlarında qacetlərdən uzaq qalmaq və hər gün SPF 30-50 qoruyucu krem tətbiq etmək vacibdir", - deyə dermatoloq vurğulayıb.
Həkim həmçinin bildirib ki, əgər piqment ləkəsi böyüyərsə (5-6 mm və ya daha çox), asimmetrik olarsa, rəngi dəyişərsə və ya kənarları qeyri-bərabər olarsa, dərhal həkimə müraciət etmək lazımdır. Qaşınma, qanama və ya qabıqlanma da narahatlıq doğuran əlamətlərdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1326 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabr