Bakının mərkəzində restoran yandı: Bina sakinləri ayağa qalxdılar - VİDEO
Paytaxtın mərkəzində, 28 May küçəsində yerləşən "El Pizza" restoranında axşam saatlarında yanğın baş verib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, hadisə yerinə оperativ şəkildə müdaxilə olunub və alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Hazırda yanğın tam söndürülüb, ərazidə isə tüstülənmə müşahidə olunur.
Hadisə şahidlərindən biri baş verənləri belə təsvir edib:
"Qızım birdən qapını bərk döydü. Elə bildim, başına nəsə gəlib, kimsə onu təqib edir. Dedi ki, bina yanır, tez bayıra çıxın. Hər tərəfi tüstü basmışdı, göz-gözü görmürdü.
Mən həmişə onlara deyirdim ki, pizzanı elektrik sobasında hazırlayın. Amma odun, taxta gətirib yandırır, onunla bişirirdilər. Bu tikili UNESCO siyahısına düşmüş, 100 ildən çox yaşı olan tarixi binadır. Üzərində də lövhə var, toxunulmaz binadır.
Üç-dörd il əvvəl buranı satdılar, bir nəfər aldı və burada restoran açdı. Bütün qonşular, dörd-beş ailə etiraz etdi ki, burada pizza bişirmək olmaz. Hər yerə zəng etdik, müraciət etdik. Dəfələrlə dedik ki, bu obyekti bağlayın, amma heç kim tədbir görmədi. Axırı belə oldu, bina yandı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 750 Tarix: 13 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrMədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrTahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrZeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabr