Övladınız oyuncaqları ilə deyil, tava-qazanla oynayır? - Maraqlı səbəbi var imiş
Bir çox valideyn sosial şəbəkələrdə paylaşım edərək övladlarının tava və qazanlarla oynamağı daha çox sevdiyini yazır. Onlar uşaqlarının maraqlı və öyrədəici oyuncaqları olmasına baxmayaraq evdəki qab-qacağa daha çox maraq göstərdiyini bildirir.
Bunun səbəbi isə bir çox valideynə aydın deyil.
Ölkə.Az xəbər verir ki, internertdə apardığımız araşdırma zamanı bunun bir neçə maraqlı səbəbinin olduğu üzə çıxıb. Bununla bağlı tədqiqat aparılıb. Sən demə, qab-qacaqla oynayan uşaqlar daha yaradıcı olur.
Məsələn, Toledo Universiteti tərəfindən aparılan bir tədqiqatda uşaqlara çox sayda oyuncaq veriləndə daha qısa müddət oynadıqları, diqqətlərinin tez dağıldığı müşahidə olunub
Bu da o deməkdir ki, uşağın tava-qazan seçməsi "oyuncaqdan bezib" demək deyil, əksinə onun daha yaradıcı oynamaq istəyi, real həyatı təqlid etməsi və beynini daha aktiv istifadə etməsi deməkdir.
Azyaşlıların mətbəx əşyalarına maraq göstərməsinin ümumilikdə 4 əsas səbəbi olduğu deyilir. Bunlar aşağıdakılardır:
1. Açıq uclu oyun ("open-ended play")
Psixoloqlar deyir ki, uşaqlar hazır funksiyası olmayan əşyaları daha çox sevirlər. Yəni oyuncağın dunksiyası var və artıq onunla nə etmək lazım olduğu bəllidir. Tava-qazanla oynadıqda isə uşaq özü qərar verir. Məsələn, "yemək bişirir", musiqi aləti kimi istifadə edir, oyun qurur və s.
Bu, uşağın yaradıcılığını, təxəyyülünü, problem həll etmə bacarığını inkişaf etdirir.
Belə yanaşma uşaq psixologiyası və erkən inkişaf tədqiqatlarında tez-tez vurğulanır.
İkinci səbəb kimi isə böyükləri təqlid etmə instinkti göstərilir. Çünki uşaqlar üçün ən maraqlı "oyun" böyüklərin etdiyini təkrarlamaqdır. Ana mətbəxdə olduğu üçün uşaq da eyni şeyi etmək istəyir. Onun real əşyalarla oynaması özünü böyük kimi hiss etmək imkanı verir. Bu, Sosial öyrənmə nəzəriyyəsi ilə izah olunur (yəni uşaq müşahidə edib öyrənir).
Növbəti səbəb isə sensor (hiss) təcrübədir. Tava-qazansəs çıxarır, soyuq/isti hiss verir, metal səthi, çəkisi var. Bu da uşağın toxunma, eşitmə, hərəkət koordinasiyasını daha çox stimullaşdırır.
Dördüncü yerdə "az daha çoxdur" prinsipi dayanır. Bəzi araşdırmalar göstərir ki, çox funksiyalı, səsli, işıqlı oyuncaqlar, uşağın diqqətini tez yayındırır, oyunu məhdudlaşdırır. Sadə əşyalar isə daha uzun müddət maraqlı qalır, daha çox müxtəlif oyun qurmağa imkan verir.
Yəni övladınız əgər ona aldığınız bahalı oyuncaqları yox, qab-qaşığı seçirsə, buna görə narahat olmayın. Ən bahalı oyuncaq yox, ən "sərbəst" oyun uşağı daha çox inkişaf etdirir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
SOCAR neftçiləri təbrik edib
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər