Dünyanın ən yaşlı qorillası 69 yaşını qeyd etdi
Dünyanın əsirlikdə yaşayan ən yaşlı qorillası 69 yaşını qeyd edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Fatu adlı qorilla ad günü münasibətilə tərəvəzlərdən ibarət xüsusi menyu ilə mükafatlandırılıb, həmçinin o, Ginnesin Dünya Rekordları tərəfindən təbrik olunub.
Berlin zooparkının sözçüsü Filine Hachmeister bildirib ki, insan yaşı ilə müqayisədə Fatu artıq 100 ildən çox ömür sürmüş hesab olunur. Qorilla 60 ildən artıqdır ki, Berlin Zoo ərazisində yaşayır və bu müddət ərzində ana və nənə olub.
Fatunun mənşəyi dəqiq məlum deyil. Rəvayətə görə, qərbi düzənlik qorillası 1950-ci illərin sonunda bir dənizçi tərəfindən Afrikadan Fransanın Marsel limanına gətirilib və guya bar borcunu ödəmək üçün dəyişdirilib. Daha sonra o, heyvan tacirinə satılıb və nəticədə Berlin zooparkına gətirilib. Lakin zoopark bu hekayəni rəsmi şəkildə təsdiqləyə bilmir. Məlum olan yeganə fakt onun 1959-cu ildə, təxminən iki yaşında Qərbi Berlində zooparka gətirilməsidir.
Artıq on il əvvəl Fatu dünyanın ən yaşlı qorillalarından biri hesab olunurdu və zoopark əməkdaşları onun doğum tarixini simvolik olaraq 13 aprel kimi qeyd ediblər. 2019-cu ildə isə o, rəsmi olaraq Guinness Rekordlar Kitabına dünyanın ən yaşlı qorillası kimi daxil edilib.
Yaşının çox olmasına baxmayaraq, Fatu hələ də gəzintilərə çıxır və zooparka gələn ziyarətçiləri sakit və ləyaqətli davranışı ilə heyran edir. Bununla belə, onun sağlamlığı tədricən zəifləyir: görmə qabiliyyəti azalıb, artrit xəstəliyi var və dişlərini itirib. Bu səbəbdən ona verilən qidalar, əsasən tərəvəzlər, yumşaq formada hazırlanır. Şəkər tərkibi yüksək olan meyvələr, məsələn giləmeyvələr artıq onun rasionuna daxil edilmir.
Dian Fossey Gorilla Fund təşkilatının prezidenti Tara Stoinski qeyd edir ki, vəhşi təbiətdə qorillalar adətən 40 ilə qədər yaşayır. Eyni zamanda bu növ iqlim dəyişikliyi, brakonyerlik və yaşayış mühitinin itirilməsi səbəbindən ciddi təhlükə altındadır.
Qərbi düzənlik qorillaları adətən 68-136 kiloqram arasında olur və ailə qrupları şəklində yaşayırlar. Bu qruplara yetkin erkək rəhbərlik edir. Onlar güclü sosial əlaqələr qurur, zəif üzvlərə qayğı göstərir və hətta ölən fərdlər üçün yas saxlayırlar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 757 Tarix: 16 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabr