"Bu forum klassik sammitlərdən fərqli olaraq daha çevik müzakirə mühiti yaradır" - AÇIQLAMA
""Antalya Diplomacy Forum" son illərdə qlobal diplomatiyanın qeyri-formal, amma təsirli platformalarından birinə çevrilib. Bu forum klassik sammitlərdən fərqli olaraq daha çevik müzakirə mühiti yaradır: burada dövlət başçıları, nazirlər, ekspertlər və beyin mərkəzləri sərt protokol çərçivəsindən kənarda real problemləri müzakirə edə bilirlər. Yəni bu, sadəcə "çıxışlar meydanı" deyil, eyni zamanda fikir toqquşmalarının və yeni geosiyasi yanaşmaların formalaşdığı platformadır".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, müasir beynəlxalq sistemin parçalandığı, qütbləşmənin dərinləşdiyi bir dövrdə belə forumların əhəmiyyəti daha da artır:
"Çünki rəsmi danışıqların dalana dirəndiyi məqamlarda məhz bu tip platformalar alternativ kommunikasiya kanalı rolunu oynayır. Antalya formatı da xüsusilə Avrasiya, Yaxın Şərq və Qafqaz arasında dialoq körpüsü kimi çıxış edir.
Son illərdə Bakı enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq layihələri ilə əsas gündəmə gəlir. Antalya kimi platformada bu mesajların verilməsi Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsinə xidmət edir.
İkincisi, regional gündəmin formalaşdırılmasında iştirak etmək. Açıq danışaq: beynəlxalq siyasətdə kim danışırsa, o da müəyyən mənada qaydaları yazır. Azərbaycan artıq başqalarının hazırladığı gündəmi qəbul edən yox, öz baxışını təqdim edən tərəf kimi çıxış edir. Hacıyevin çıxışlarında səslənən "regional sahibliyin gücləndirilməsi" tezisi də məhz buna hesablanıb.
Burada Türkiyə faktorunu da ayrıca qeyd etmək lazımdır. Antalya Diplomatiya Forumu Türkiyənin "yumşaq güc" alətlərindən biridir və Ankara bu platforma vasitəsilə özünü qlobal diplomatiyanın mərkəzlərindən biri kimi təqdim edir. Azərbaycanın bu platformada aktiv iştirakı isə Ankara-Bakı strateji tandeminin beynəlxalq müstəvidə koordinasiyalı fəaliyyətinin göstəricisidir.
Nəticə olaraq, Antalya Diplomatiya Forumu Azərbaycan üçün sadəcə iştirak etdiyi tədbir deyil, öz geosiyasi rolunu nümayiş etdirdiyi tribuna funksiyasını daşıyır. Bu tribunalardan düzgün istifadə edən ölkələr isə tədricən "oyunun iştirakçısı"ndan "oyunun qurucusu"na çevrilir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər