Dostluğu məhv edən vərdiş: Ayrılığın yaxın olduğunu necə anlamaq olar?
Amerikalı psixoloq Mark Trevers böyüklər arasında dostluqları tədricən pozan əsas vərdişin qarşılıqlı olmayan münasibət olduğunu bildirib.
Qaynarinfo-nun məlumatına görə, "Forbes" üçün yazdığı məqalədə o qeyd edib ki, heç bir sağlam dostluq hər zaman 50/50 balansına əsaslanmır, lakin davamlı şəkildə bir tərəfin daha çox verməsi münasibətləri zədələyir.
Onun sözlərinə görə, həyatın müxtəlif mərhələlərində balans müvəqqəti olaraq dəyişə bilər. Lakin problem bu vəziyyətin daimi xarakter almasıdır - biri həmişə daha çox yazır, dinləyir və dəstək olur, digəri isə daha çox alır və daha az verir.
Psixoloqun qeyd etdiyi əsas əlamətlər
Trevers qarşılıqlı olmayan münasibətin dostluğun zəiflədiyini göstərən üç əsas əlamətini açıqlayıb:
Ünsiyyətin "boşluğa" çevrilməsi
Dostluq ünsiyyəti əvvəlki kimi rahat və enerji verici olmur. Görüşlərdən sonra insan özünü yorğun və boşalmış hiss edir. Söhbətlərdə gizli narazılıq yaranır və münasibət getdikcə "çətin yük" kimi qəbul olunur.
Bir tərəfli sərhədlər
Problem o zaman yaranır ki, sərhədlər yalnız bir tərəf üçün işləyir. Məsələn, biri şəxsi məkan tələb edir və buna hörmət edilir, amma eyni ehtiyac qarşı tərəfdə qəbul olunmur. Və ya biri daim məşğul olduğunu deyərək görüşlərdən yayınır, amma qarşı tərəfin həmişə hazır olmasını gözləyir.
Özünü görünməz hiss etmək
Dost yalnız özündən danışır, suallar vermir və qarşı tərəfin detallarını xatırlamırsa, insan özünü "eşidilməyən" kimi hiss etməyə başlayır. Ünsiyyət davam etsə də, emosional əlaqə zəifləyir və bu, çox vaxt dostluğun qırılma nöqtəsinə çevrilir.
Treversin fikrincə, bu əlamətlər vaxtında fərq edilmədikdə, dostluq tədricən zəifləyir və sonda tamamilə pozula bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 279 Tarix: 18 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Federal Ehtiyat Sistemi son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb
ABŞ Federal Ehtiyat Sistemi (FED) federal fondlar üzrə faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% diapazonuna çatdırıb. xəbər verir ki, bu barədə qərar ABŞ-da inflyasiyanın qarşısını almaq zərurəti ilə əsaslandırılıb. Federal Ehtiyat Sisteminin (FERS) faiz dərəcəsinin artırılması, 2024-c
17 sentyabrRusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub
Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Rusiy
17 sentyabrBu ölkə kitab oxuyanlara pul verəcək
Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali
17 sentyabrAleksandar Vuçiç Ukraynada səfərdədir
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək
18 sentyabrGürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb
Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük
19 sentyabrRubio Danimarka ilə Qrenlandiya üzrə razılaşmanın detallarını açıqlayıb
Danimarka Qrenlandiyanın təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmədiyi üçün ABŞ-la razılaşmağa gedib. "Report"un məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib. "Danimarka və Qrenlandiya anlayırlar ki, Qrenlandiyay
19 sentyabrDonald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr
19 sentyabrBolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav
19 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabr