Bu evlər hər an çökə BİLƏR
Paytaxtın Səbail rayonunda yerləşən yaşayış evlərindən bəziləri ciddi təhlükə ilə üz-üzə qalıb. Ərazidə baş verən torpaq sürüşməsi nəticəsində yolun bir hissəsi çöküb, həyətyanı sahələrdə və hasarlarda isə iri çatlar yaranıb. Mövcud vəziyyət yuxarı hissədə yerləşən evlərin aşağıdakı tikililərin üzərinə uçmaq riskini artırır.
Milli.Az xəbər verir ki, söhbət Bayıl qəsəbəsi, Badamdar yolu üzərində yerləşən 15B və 5D ünvanlarından gedir. Bildirilir ki, burada təxminən 10 mənzilin sakinləri təhlükəli şəraitdə yaşamağa məcburdurlar. Onların sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumların nümayəndələri əraziyə baxış keçiriblər. Buna baxmayaraq, sakinlərin köçmək üçün alternativ yerləri olmadığından, riskə baxmayaraq evlərində qalmağa davam edirlər.
Sakinlər qeyd edirlər ki, bu cür hallar ilk dəfə baş vermir. Daha əvvəl də oxşar təhlükəli vəziyyət yaranıb və onlar imkan daxilində özləri müəyyən qabaqlayıcı tədbirlər görüblər.
Məsələ ilə bağlı açıqlama verən Fövqəladə Hallar Nazirliyi bildirib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, vəziyyət sənədləşdirilərək akt tərtib olunub və aidiyyəti üzrə yerli icra hakimiyyətinə təqdim edilib.
Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, torpaq sürüşməsi ilə bağlı müvafiq qurumlara rəsmi şəkildə müraciətlər göndərilib və problemin həlli istiqamətində addımlar atılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 770 Tarix: 18 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrTərtərdə istixana işçisi güllələndi
Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Söylən kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı həmin şəxs tüfəngdən M.Yusifova atəş açıb
7 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrMəsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO
İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric
9 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabr