Məsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO
İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, məsciddə azançı işləyən 42 yaşlı Ferdi Bıyıkoğlu cümə namazlarında vətəndaşlardan toplanan yardımların lazımi qaydada qeydə alınmadığını və bu məlumatların müftülükdəki qeydlərlə uyğun gəlmədiyini aşkar etdiyini bildirib. O, məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət edib.
Şikayətdən sonra Bıyıkoğlu ilə məscidin imamı, 52 yaşlı İsmail A. arasında gərginlik yaranıb. Təhlükəsizlik kameralarına əks olunan hadisə zamanı tərəflər arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib. İddialara görə, imam azançıya yumruqla hücum edib.
Ferdi Bıyıkoğlunun həyat yoldaşı Ebru Bıyıkoğlu hadisənin şəffaflıq tələbi səbəbindən baş verdiyini iddia edib.
Onun sözlərinə görə, əri bütün ianələrin qaydalara uyğun şəkildə elan lövhəsində göstərilməsini tələb edib. Bu zaman imamın "Bizim nizamımızı poza bilməzsən" deyərək ona yumruq vurduğunu bildirib.
Ebru Bıyıkoğlu həmçinin hadisələrin bununla bitmədiyini iddia edib. Onun sözlərinə görə, həmin gün polis bölməsinin qarşısında da beş nəfər ərinə hücum edərək onu yerə yıxıb sürüyüb və döyüb.
Hadisə ilə bağlı müzakirələr davam edərkən yeni görüntülər də üzə çıxıb. Kadrlarda davadan əvvəl imamın həyat yoldaşı və anasının müezzinin yaşadığı evin qarşısına gəldiyi görünür.
Görüntülərdə qadınların müezzinin həyat yoldaşına qarşı ağır təhqirlər səsləndirdiyi eşidilir. Onların qadına qarşı nalayiq ifadələr işlətdiyi və sözlü şəkildə təzyiq göstərdiyi bildirilir.
Hadisə ilə bağlı hüquqi araşdırmanın davam etdiyi qeyd olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Türk bayrağına tüpürən ingilis turist həbs edildi
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Sahildə gənc qızın fotosunu çəkən kişi tutulanda görün nə dedi - VİDEO - VİDEO
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
İllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK