Paytaxtda 100 min bina sökülür? - Rəsmi açıqlama
Bakı şəhərinin Baş planında 100 min binanın söküləcəyinə dair heç bir məlumat yoxdur.
Sonxeber.az xəbər verir ki, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Mətbuatda "Bakının Baş planına əsasən 100 min binanın söküləcəyi"nə dair yanlış xəbərlər dərc edilib. Baş planda belə bir məlumat öz əksini tapmır və bu informasiya Komitə tərəfindən verilməyib", - məlumatda bildirilir.
Qeyd edək ki, mətbuatda "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən 12 rayonun ərazisində ümumilikdə 100 minə qədər binanın söküləcəyinə dair xəbərlər yayılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1245 Tarix: 21 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabr