Azərbaycana "süni yumurta"lar gətirilir? - AÇIQLAMA
Son günlər sosial mediada "süni yumurta" və digər "süni ərzaqların" Azərbaycana gətirilməsi ilə bağlı yayılan iddialar cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Xüsusilə qida təhlükəsizliyi məsələlərinin həssas olduğu bir dövrdə bu cür xəbərlər sürətlə yayılır, insanlar arasında çaşqınlıq və inamsızlıq formalaşdırır.
Bəs yayılan bu məlumatlar nə dərəcədə doğrudur? Bu iddialar real faktlara əsaslanır, yoxsa sadəcə şişirdilmiş və ya yanlış interpretasiya olunmuş xəbərlərdir?
Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev Sonxeber.az -a açıqlama verib:
"Uzun müddətdir ki, qidaların süni hazırlanması ilə bağlı videolar sosial şəbəkələrdə paylaşılır. Əsasən də Çində hazırlandığı deyilir. Bu videolardan biri də süni yumurta mövzusudur. İnternetdə gördüyünüz videolar adətən ya laboratoriya təcrübələri ola bilir, ya oyuncaq istehsalı, ya da bitki mənşəli yumurta əvəzedicilərinin nümayişidir. Yumurta istifadəçilərinin panikaya düşməsinə əsas yoxdur. Ölkəmizdə süni yumurta aşkarlanması ilə bağlı hər hansı bir şikayətlə qarşılaşmamışam. Üstəlik rəsmi qurum da bu barədə hər hansı neqativ hal baş verməyib.
Təbii ki, bir çoxlarında belə videolar təşviş, narahatlıq yaradır. Nəzərə alaq ki, yumurtanın quruluşu saxlanmaya görə dəyişə bilir. Saxlanma müddəti keçmiş ola bilər. Köhnə yumurta bişəndə fərqli olur. Ağ hissə bəzən daha rezin kimi görünə bilir. Bu hallar saxtakarlıq əlaməti deyil.
Bir yumrutanı süni şəkildə hazırlamaq istəsələr maya dəyəri baha başa gələr. Bu da iqtisadi baxımdan səmərəli deyil. Istehalçının məqəsdi pul qazanmaqdırsa, süni yumurta hazırlamağa niyə cəhd etsin. Üstəlik də bu praktik deyil. Dünyada "Just Egg" kimi bitki mənşəli yumurta əvəzediciləri var. Amma bunlar "süni" deyil. Etiketli, qablaşdırılmış və tərkibi bəlli olan xüsusi pəhriz məhsullarıdır. Qiymətləri də çox yüksəkdir.
Yumurtada əsas risk başqadır. Təmiz saxlanmama və düzgün bişməmə riskidir. Xüsusən çiy, ya az bişmiş yumurtada qida zəhərlənməsi ehtimalı arta bilər. Ona görə diqqət daha çox təzəlik və gigiyenaya yönəlməlidir.
Qabığı qıranda pis qoxu varsa, bu ciddi əlamədir. Aldığımız zaman qablaşdırma, istehsal tarixi, saxlanma şəraiti vacibdir. Küçədən, mənşəyi bilinməyən yerdən alınan yumurtada risk həmişə daha yüksək olur.
Təbii yumurtanın qabığı bir qədər nahamar və mat olmalıdır. Həddindən artıq parıldayan və hamar qabıqlar bəzən emal prosesindən xəbər verə bilər. Amma bu hal süni olduğunun göstəricisi deyil. Təzə və təbii yumurtanı sındırarkən sarısı bütöv qalır və qabarıq durur. Ağ hissəsi isə iki təbəqədən ibarət olur.
Yumurtanın qabığında nəcis qalıqları varsa, onu bişirməzdən dərhal əvvəl yumalıyıq. Əvvəlcədən yuyub soyuducuya qoymaq qabıqdakı məsamələri açır və bakteriyanın içəri keçməsinə səbəb olur. Yumurtanı soyuducunun qapısında qoymaq düzgün deyil. Çünki soyudunun qappısı açılıb örtüldükcə temperatur dəyişir. Qabığı çatlamış yumurtaları almaq olmaz. Belə halda qabıq hissədən içəri mikroorqanizmər daxil olma ehtimalı yüksəkdir"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)