"Heç vaxt, heç kimə kart məlumatlarınızı verməyin" - AÇIQLAMA
Son dövrlərdə vətəndaşların bank kartlarından pul oğurlanması ilə bağlı hallar artdıqca, dələduzların istifadə etdiyi üsullar da daha inandırıcı və təhlükəli hal alır.
Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində və hətta telefon zəngləri vasitəsilə insanlara müxtəlif "cəlbedici" təkliflər edilir, onların etibarından sui-istifadə olunur.
Bəs bu hallardan necə qorunmaq olar? Hansı məlumatlar heç bir halda paylaşılmamalıdır və dələduzları necə tanımaq mümkündür?
İKT üzrə ekspürt Bəhruz Əliyev bu barədə Sonxeber.az -a açıqlama verib:
"Heç vaxt, heç kimə kart məlumatlarınızı verməyin. Xüsusilə, kartın nömrəsi, son istifadə tarixi, CVV kodu, bankdan gələn SMS kodları. Bank, polis, kredit təşkilatı adı ilə olsa belə, heç kim bunları soruşa bilməz.
Adətən belə deyirlər, "Faizsiz kredit veririk", "Dövlət proqramıdır", "Sadəcə kart məlumatlarını yoxlamalıyıq", "Hesabınıza pul köçürəcəyik". Əgər kart məlumatı istəyirlərsə, bu 100% fırıldaqdır. Pul köçürmək üçün yalnız 16-lıq kart nömrəsi kifayətdir.
Tövsiyyələr:
1. Kartda gündəlik limit qoy, alış-veriş və köçürmə limitlərini minimum saxla
2.Onlayn ödənişi deaktiv et, lazım olanda aktiv et, işin bitəndə söndür
3. SMS və tətbiq bildirişləri açıq olsun, hər hərəkəti dərhal görəsən
4. Şübhəli linklərə girmə, WhatsApp, SMS, Instagram linkləri ilə "kredit" olmaz
5. Ayrı kart strategiyası olması tövsiyyə olunur. Əsas pul saxladığın kart başqa olsun. Onlayn ödəniş üçün boş və ya az məbləğli kart istifadə et
Əgər kart məlumatlarını bilmədən vermisənsə və ya şübhə varsa, dərhal banka zəng et (kartı bloklat), kartı ləğv etdir, yenisini çıxart və şikayət et (bank + polis). Vaxtında reaksiya çox pulu xilas edə bilər.
Unutma ki, asan pul və faizsiz kredit təklif edən tanımadığın şəxs riskli şəxsdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)