Məktəblilər ildə bir dəfə psixoloji yoxlanışdan keçiriləcək? - AÇIQLAMA
Son dövrlərdə məktəblərdə baş verən xoşagəlməz hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur və bu məsələyə daha dərindən yanaşmağın vacibliyini bir daha göstərir.
Uşaqların davranışında müşahidə olunan aqressiya, emosional gərginlik və sosial adaptasiya problemləri artıq təsadüfi hallar kimi deyil, diqqətlə izlənilməsi gərəkən siqnallar kimi qiymətləndirilir.
Buna görə məktəblilərin mütəmadi psixoloji müayinədən keçirilməsi məsələsi yenidən gündəmə gəlir: görəsən, şagirdlərin ildə bir neçə dəfə psixoloji yoxlanışdan keçməsi nə dərəcədə effektiv və zəruridir?
Məsələ ilə bağlı sosioloq Mətanət Məmmədova Sonxeber.az -a açıqlama verib:
"Texnologiyanın sürətlə inkişaf etdiyi, internet resurslarının uşaqlar üçün asanlıqla əlçatan olduğu bir dövrdə onların psixoloji vəziyyətinə nəzarət daha da aktuallaşır. Bu baxımdan məktəblilərin psixoloji müayinədən keçirilməsi vacibdir, lakin bu proses son dərəcə peşəkar və həssas şəkildə təşkil olunmalıdır. Belə müayinələr bütün şagirdləri əhatə etdikdə, heç bir uşaq özünü fərqli və ya "problemi olan" kimi hiss etməz. Əks halda, yalnız seçilmiş uşaqların müayinəyə cəlb olunması onlarda "məndə nə çatışmır?" kimi narahat suallar yarada bilər.
Unutmaq olmaz ki, böyüklər üçün adi görünən davranışlar uşaqların psixologiyasında dərin izlər buraxa, hətta travmaya səbəb ola bilər. Məhz buna görə də bu mövzuya yanaşma da eyni dərəcədə həssas və düşünülmüş olmalıdır. Uşağın psixoloji sağlamlığına görə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər övladlarının davranışlarında baş verən ən kiçik dəyişikliklərə belə diqqət yetirməli, şübhəli məqamlar müşahidə etdikdə vaxtında mütəxəssisə müraciət etməlidirlər.
Əslində, bir çox hallarda problemi ilk görən məhz ailə olur. Buna baxmayaraq, bəzi valideynlərin diqqətsizliyi və ya gündəlik qayğılar səbəbindən bu məsələyə yetərincə önəm verilmədiyi də danılmazdır. Bu səbəbdən məktəblərdə psixoloji müayinələrin sistemli şəkildə təşkili xüsusi əhəmiyyət daşıyır. Bu cür yanaşma uşaqlarda mövcud ola biləcək psixoloji problemlərin erkən mərhələdə aşkar olunmasına imkan yaradar və daha ciddi fəsadların qarşısını ala bilər.
Belə müayinələrin ildə ən azı bir dəfə keçirilməsi məqsədəuyğundur. Çünki psixoloji dəyişikliklər birdən-birə deyil, zamanla formalaşır. Müntəzəm yoxlamalar isə bu dəyişiklikləri vaxtında müəyyən edib lazımi müdaxilə etməyə şərait yaradır. Nəticə etibarilə, bu cür sistemli yanaşma həm uşaqların sağlam inkişafını təmin edər, həm də cəmiyyətdə arzuolunmaz hadisələrin qarşısının alınmasına mühüm töhfə verər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)