Uşaqlarda bu davranışların arxasındakı psixoloji səbəblər nədir? - AÇIQLAMA

Uşaqlarda bu davranışların arxasındakı psixoloji səbəblər nədir? - AÇIQLAMA"Dırnaq yemə və saç yolma kimi sadalanan, pozuntu kimi bilinən hallar əslində psixologiyada bəzən özünü sakitləşdirmə mexanizmləri kimi izah olunur. Ailədə gərginlik, məktəb problemi, yeni mühit, maddi çətinliklər və s. bu davranışların yaranmasına və ya artıq mövcuddursa artmasına səbəb ola bilər. Bəzən anksiyete pozuntusu da ola bilər. Diqqət və emosional ehtiyacdan dolayı, bəzən uşaq valideyn diqqətini çəkmək üçün bu davranışları şüuraltının təsiri ilə təkrarlayır".

Bu sözləri Sonxeber.az-a psioxoloq Samirə Bağırova danışıb.

Uşaqlarda bu davranışların arxasındakı psixoloji səbəblər nədir? - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, saç yolma, qaş və ya kirpik yolma xüsusilə daha dərin psixoloji gərginliklə bağlı ola bilər və bəzi hallarda trikotillomaniya kimi tanınır:

"Uşaq daxili gərginliyi bu şəkildə boşaldır. Bəzi hallarda isə uşaq ətrafında yaxın kimisə bu davranışlardan hər hansı birini edərkən görürsə, onu təkrarlaya bilər.

Belə vəziyyətdə "etmə!", "ayıbdır!" kimi reaksiyalar uşağın stressini daha da artırır və davranışı gücləndirə bilər. Cəzalandırmaq və ya utandırmaq qətiyyən olmaz. Səbəbini anlamağa çalışmaq lazımdır. Nə qədər müddətdir bu davranışı edir, bunu edərkən nə hiss edir - kimi suallar verməklə uşağın emosiyasını ifadə etməsinə kömək etmək olar.

Uşağa əlləri ilə məşğul ola biləcəyi fəaliyyətlər tapmaq lazımdır: rəsm çəkmək, stress topu, plastilin və s. Hər gün uşaqla 20-25 dəqiqə göz-gözə söhbət etmək, birlikdə vaxt keçirmək vacibdir.

Əgər davranış kəskinləşibsə, artıq peşəkar psixoloqa və ya mütəxəssisə müraciət etmək vacibdir. Dırnaq yemə, dırnaq əti didmə, dodaq didmə, saç, qaş, kirpik yolma uşağın daxili narahatlığının ifadəsidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 923   Tarix: 22 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ

17 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada

17 noyabr
.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Çipslərə aksiz vergisi qoyulur

Çips aksizli mal olur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğind

18 noyabr