Kür çayı ətrafında daşqın riski - Ekoloqdan xəbərdarlıq
"Təcili surətdə qabaqlayıcı tədbirlər görülməlidir. Kür çayının daşmasının qarşısını almaq məqsədi ilə çəkilən bəndlər bərkidilməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev bildirib.
O, bir müddətdir mətbuata etdiyi çıxışlarda daşqın və sel riskləri ilə bağlı xəbərdarlıqlar səsləndirdiyini xatırladıb. Ekoloqun sözlərinə görə, mövcud vəziyyət əvvəlcədən görülməli olan işlərin gecikdirilməsi ilə bağlıdır:
"Bu tədbirlər əvvəlcədən görülməli idi. Demişdim ki, su harada zəif nöqtə tapsa, orada daşqın və selə çevrilə bilər. Çayın daşması ətraf mühitə ciddi zərər vurur və təbii fəlakət xarakteri daşıyır".
Onun fikrincə, baş verən daşqının miqyası tam gözlənilməsə də, risklər mövcud idi. Xosrov Musayev baş verənlərin əsas səbəblərindən biri kimi iqlim dəyişikliklərini göstərib:
"Yağıntıların aylıq normadan 6-8 dəfə çox düşməsi əvvəlcədən nəzərdə tutulmamışdı. Bir müddət əvvəl Kür çayının suyunda azalma müşahidə olunmuşdu. İndi isə yağıntıların artması çaylarda sululuğu yüksəldib və bu da daşqınlara səbəb olub".
Ekoloq bildirib ki, daşqınlar həm əkin sahələrinə, həm də yaşayış məntəqələrinə ciddi ziyan vurur:
"Torpağın su altında qalması əkinlərə böyük zərər vurur. Artıq bəzi rayonlarda evlərin su altında qalması ilə bağlı görüntülər yayılıb. Belə evlər bir müddət sonra yaşayış üçün yararsız hala düşə bilər. Sel suları bir neçə həftə ərzində çəkiləcək, amma kənd təsərrüfatına vurulan ziyan uzunmüddətli olacaq".
Qeyd edək ki, Ağcabədi və Zərdab rayonlarında Kür çayının bəndlərinin yarılması nəticəsində bir sıra evlər və əkin sahələri su altında qalıb. Hazırda ərazilərdə vəziyyətin sabitləşdirilməsi istiqamətində işlər aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 504 Tarix: 23 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrAzərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy
17 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrBakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olması müəyyənləşib
18 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr