Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Sonxeber.az Qaynarinfo-a istinadən xəbər verir ki, tenderin qalibi "Tais İKF" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 9 314 440,94 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Tais İKF" MMC 30 iyun 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, ev 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.
Qeyd edək ki, 2023-cü ildə Bakıda fəaliyyət göstərən 20 saylı məktəb-liseydə zəhərlənmə baş vermişdi və 6 nəfər 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şagirdlər toyuq ətindən zəhərlənib. Eyni zamanda qeyd olunurdu ki, 20 saylı məktəb-liseydə iaşə xidmətini "Tais ikf" MMC təşkil edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 528 Tarix: 23 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabrAYNA sərnişinlərə müraciət etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl
17 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabr