"Qız qaçırma"nın hüquqi cəzası nədir? - AÇIQLAMA
"Qız qaçırma" ifadəsi gündəlik dildə işlədilsə də, burada əsas məsələ "ad" yox, hadisənin necə baş verməsi, zor tətbiqi olub-olmaması və şəxsin iradəsinə zidd hərəkət edilib-edilməməsidir. Bəs görəsən hüquqi müstəvidə bu əməlin cəzası nədir?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə "qız qaçırma" ifadəsi ayrıca müstəqil cinayət adı kimi nəzərdə tutulmur. Bu anlayış hadisənin konkret hallarına uyğun olaraq bir neçə fərqli cinayət tərkibi ilə hüquqi qiymətləndirilir.
Əgər şəxsin iradəsinə zidd olaraq azadlığı məhdudlaşdırılaraq aparılması və ya saxlanılması baş verirsə, bu əməl Cinayət Məcəlləsinin 144-cü maddəsi (qanunsuz azadlıqdan məhrum etmə) ilə tövsif olunur. Əgər bu hərəkət zor tətbiqi, hədə-qorxu və ya silahdan istifadə ilə həyata keçirilirsə, bu, artıq ağırlaşdırıcı hallar kimi qiymətləndirilir və cəza sərtləşir.
Əgər şəxsin gizli və ya açıq şəkildə aparılması, başqa yerə köçürülməsi və azad iradəsinə tam zidd şəkildə saxlanılması müəyyən edilərsə, bu halda əməl Cinayət Məcəlləsinin 144-1-ci maddəsi (adam oğurluğu) kimi tövsif oluna bilər. Adam oğurluğu daha ağır cinayət sayılır və burada məqsəd, üsul və nəticə xüsusi əhəmiyyət daşıyır.
Bəzi hallarda tərəflər arasında əvvəlcədən razılıq olub, sonradan zorla saxlanma və ya məcburetmə baş verərsə, bu zaman artıq təkcə "qaçırma" yox, əlavə olaraq məcburetmə (maddə 133) və ya digər əlaqəli cinayət tərkibləri də yarana bilər.
Əgər hadisə zamanı xəsarət yetirilibsə, bu ayrıca olaraq Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) və ya yüngül xəsarət halında 128-ci maddə ilə də qiymətləndirilir. Ölüm baş verərsə, bu artıq 105-ci və ya 120-ci maddələr (qəsdən adam öldürmə və ya digər ağırlaşdırıcı hallar) üzrə araşdırılır.
Nəticə olaraq, hüquqi qiymətləndirmədə "qız qaçırma" ifadəsi deyil, konkret faktlar əsas götürülür: razılıq, zor tətbiqi, hədə-qorxu, silahdan istifadə və nəticə. Bu elementlərdən hansının mövcud olmasına görə maddə seçilir və cinayət hüquqi tövsif aparılır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi