"Evlilik bir dəfə qurulan deyil, hər gün yenidən "qurulan" bir münasibətdir" - AÇIQLAMA
Evlilik kənardan sadə görünən, amma daxilində çox incə psixoloji balanslar olan bir münasibət modelidir. İnsanlar çox vaxt "sevgi varsa hər şey düzələr" düşüncəsi ilə bu yola çıxır, amma real həyatda evliliyi uzun müddət ayaqda saxlayan təkcə hisslər deyil, davranışlar, qarşılıqlı münasibət və emosional yetkinlikdir. Bəs görəsən sağlam bir evliliyin təməlində nə dayanır?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Sağlam bir evliliyin təməlində bir neçə əsas dayaq dayanır. İlk növbədə etibar gəlir. Etibar yalnız xəyanət etməmək deyil, eyni zamanda sözünün üstündə durmaq, qarşı tərəfə güvən hissi vermək və şəffaf davranmaq deməkdir. Etibar zədələnəndə münasibət tədricən emosional uzaqlaşmaya çevrilir.
Digər vacib amil ünsiyyətdir. Bir çox evlilikdə problem sevginin olmaması yox, düzgün danışa bilməməkdir. Hissləri gizlətmək, susmaq və ya aqressiv şəkildə ifadə etmək zamanla yığılan gərginlik yaradır. Sağlam evlilikdə tərəflər həm problem danışa bilir, həm də bir-birini dinləməyi bacarır.
Üçüncü əsas sütun hörmət hissidir. Hörmət olmayan yerdə sevgi də uzunömürlü olmur. Tərəflərin bir-birinin şəxsi sərhədlərinə, düşüncələrinə və fərqliliklərinə sayğı göstərməsi münasibətin psixoloji təhlükəsizliyini təmin edir.
Evliliyin davamlılığı üçün fərdi məsuliyyət və yetkinlik də əsas rol oynayır. Tərəflərin hər biri "mən nə edə bilərəm ki, münasibət daha sağlam olsun?" sualını verməyi bacarmalıdır. Günah axtarmaq yox, həll axtarmaq evliliyi ayaqda saxlayan ən real yanaşmadır. Çünki, evlilik bir dəfə qurulan deyil, hər gün yenidən "qurulan" bir münasibətdir"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 762 Tarix: 23 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrAzərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy
17 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrSabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
19 sentyabrBakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olması müəyyənləşib
18 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr