Azərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO

Azərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTOAvropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub. Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.

Bildirilib ki, məsələnin müsbət həlli Azərbaycan Respublikası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "AZCON Holding" şirkətlərindən olan ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalı şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Qeyd edək ki, sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmiş, onların istismarı isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdi. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.

ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək.
Azərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTOAzərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTOAzərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTOAzərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 616   Tarix: 24 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk dünyası ilə İslam aləmi arasında mənəvi körpü

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiy

16 sentyabr
.

Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək

16 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycanda İslam həmrəyliyi güclənməkdədir

Müasir dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, regional münaqişələr və artan gərginliklər beynəlxalq müstəvidə həmrəylik və qarşılıqlı dəstək prinsiplərini hər zamankından daha aktual edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2026-cı il tarixində Türk Dövlətlər

16 sentyabr