Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm məqamlara toxunulub".
Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMABunu Sonxeber.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, bildirib ki, Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir:

"Prezident İlham Əliyev çıxışında təşkilatın 2009-cu ildə Naxçıvanda yaradılmasından sonra mühüm məsələlərin həlli, üzv ölkələr arasında əlaqələrin inkişafı və TDT-nin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində böyük potensial ortaya qoyduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, üzv ölkələrin ümumi mövqeyi beynəlxalq arenada TDT-nin rolunu və yerini daha da gücləndirməkdir. Burada əsas məqam TDT-nin yalnız tarixi və mədəni yaxınlıq platforması kimi deyil, eyni zamanda təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrində koordinasiyalı fəaliyyət göstərən siyasi və iqtisadi əməkdaşlıq məkanı kimi formalaşdırılmasıdır. Son günlər türk dövlətlərinin dini liderlərinin və təhlükəsizlik şuralarının nümayəndələrinin Bakıda görüşməsi də bu əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirildiyini göstərir".

Politoloq bildirib ki, prezidentin çıxışından TDT qarşısında daha geniş hədəflərin dayandığı görünür:

"Təşkilat üzv dövlətlərin ortaq maraqlarını beynəlxalq siyasətdə ifadə edən, iqtisadi və nəqliyyat imkanlarını birləşdirən, təhlükəsizlik məsələlərində koordinasiyanı gücləndirən platformaya çevrilməlidir. Azərbaycanın bu prosesdəki mövqeyini gücləndirən əsas amillərdən biri onun coğrafi yerləşməsidir. Ölkənin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Mərkəzi Asiya dövlətləri və Türkiyə ilə fəal əlaqələri nəqliyyat və enerji layihələrinin inkişafı üçün mühüm imkanlar yaradır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu coğrafi mövqe bütün TDT ölkələrinin maraqlarına xidmət edən nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində Azərbaycanın rolunu artırır. Bu baxımdan Azərbaycanın TDT çərçivəsində təşəbbüsləri yalnız milli iqtisadi maraqlarla məhdudlaşmır. Mərkəzi Asiya ilə Türkiyə arasında əlaqələrin genişlənməsi, Xəzər üzərindən nəqliyyat və enerji bağlantılarının inkişafı və Avropa bazarlarına çıxış imkanları Azərbaycanın regional tranzit və siyasi qovşaq kimi əhəmiyyətini artırır. TDT-nin güclənməsi ilə Azərbaycanın regional çəkisinin artması da paralel proseslərə çevrilir".

Onun sözlərinə görə, təşkilat daxilində əməkdaşlığın yalnız zirvə görüşləri ilə məhdudlaşmaması, dəyişən regional vəziyyətə uyğun olaraq daha çevik siyasi məsləhətləşmələrin aparılması da əhəmiyyətlidir:

"Azərbaycanın Şuşada qeyri-rəsmi sammit təşəbbüsü bu baxımdan TDT daxilində siyasi dialoqun inkişafına yönəlmiş addımlardan biri kimi qiymətləndirilə bilər. Prezidentin çıxışında Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında sənədlər imzalaması, eləcə də qarşılıqlı səfərlərin və ikitərəfli əlaqələrin fəallığı xüsusi vurğulanıb. Bu isə göstərir ki, Azərbaycanın TDT-dəki əməkdaşlıq siyasəti həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərin paralel inkişafına əsaslanır. İkitərəfli əlaqələrin möhkəmlənməsi də TDT çərçivəsində daha geniş və dayanıqlı əməkdaşlıq üçün əsas yaradır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 98   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

16 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının nümayəndələrinin Bakı görüşü

15 sentyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini Azərbaycan Respublikasının Prezident

16 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezident Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladı

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu görüşü

16 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr