Depressiya ilə adi kefsizliyin fərqi nədir? - AÇIQLAMA
Müasir dövrdə "depressiyadayam" ifadəsi gündəlik danışıq dilində tez-tez işlədilir.
Lakin bir çox hallarda insanlar əslində qısa müddətli kefsizliklə klinik depressiyanı bir-birinə qarışdırır.
Bəs görəsən bu iki vəziyyət arasındakı fərqlər nələrdir?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Adi kefsizlik hər bir insanın yaşadığı təbii emosional haldır. Bu, adətən konkret səbəblərlə bağlı olur. Məsələn, uğursuzluq, mübahisə, yorğunluq və ya gündəlik stress. Kefsizlik qısamüddətli olur, insan diqqətini yayındıranda, istirahət edəndə və ya müsbət hadisə yaşadıqda yüngülləşir və keçib gedir. Yəni bu vəziyyətdə insanın həyat funksiyaları ciddi şəkildə pozulmur.
Depressiya isə daha dərin və davamlı psixoloji vəziyyətdir. Burada söhbət sadəcə əhvalın aşağı olmasından getmir. Ən azı iki həftə və daha uzun müddət davam edən ümidsizlik, maraq və zövq hissinin itməsi, enerjisizlik, yuxu və iştah pozuntuları, diqqət dağınıqlığı kimi əlamətlər müşahidə olunur. Ən önəmlisi isə depressiya insanın gündəlik həyatına: işinə, münasibətlərinə, özünə baxışına ciddi təsir edir.
Əgər insan uzun müddət səbəbsiz kədər, boşluq hissi yaşayırsa və bu vəziyyət həyatına təsir edirsə, bunu sadəcə "keçər" kimi qiymətləndirmək doğru deyil. Bu halda mütəxəssisə müraciət etmək vacibdir"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 841 Tarix: 24 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYevlaxda ağır qəzada 2 nəfər öldü
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura
17 noyabrGürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü
Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin
18 noyabrQədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
16 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabrMediaya ayrılan pul çox azdır - Deputat
Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy
16 noyabrAzərbaycanda Milli Dirçəliş Günüdür
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü
17 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabr